Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Sentyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracı 29 milyard dolları keçib (ÖZƏL)

    1 Noyabr 2025 16:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin sentyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 3 milyard 378 milyon 928 min dollar olub.

    Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

    Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 0,9 faiz artaraq, 29 milyard 585 milyon 292 min dollar olub.

    “Bu ilin sentyabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 4 milyard 401 milyon 279 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

    Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 43 milyard 84 milyon 943 min dollar təşkil edib.

    Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 55 milyon dollar olub.

    Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq 22 milyard 576 milyon dollar, idxalı isə 8,7 faiz artaraq 29 milyon 479 min dollar olub.

    “Bu ilin yanvar – sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 468 milyard 215 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-sentyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 200 milyard 578 milyon dollara, idxalı isə 5,9 faiz artaraq 267 milyard 637 milyon dollar olub.

    Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

    2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

    #Türkiyə Ticarət Nazirliyi #Türkiyə İxracatçılar Məclisi #Türkiyənin xarici ticarət dövriyyəsi #ixracat #xarici ticarət #idxal #Qaradəniz #xarici ticarət dövriyyəsi #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə xarici ticarət statistikası #Türkiyə ixrac və idxal göstəriciləri #Türkiyə İxracatçılar Məclisi (TİM)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Rusiyaya hazır geyim ixracı azalıb (ÖZƏL)

    14 Noyabr 2025 12:32

    Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

    13 Noyabr 2025 16:47

    Türkiyədən Qazaxıstana tekstil ixracı 66 milyon dolları keçib (ÖZƏL)

    13 Noyabr 2025 12:47

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    12 Noyabr 2025 16:59

    Türkiyədən Özbəkistana mebel ixracı 64 milyon dolları keçib (ÖZƏL)

    12 Noyabr 2025 13:00

    Türkiyədən Qazaxıstana dəri ixracı 32 milyon dolları keçib (ÖZƏL)

    12 Noyabr 2025 10:08

    Türkiyədən Qırğızıstana polad ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    11 Noyabr 2025 15:25

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    10 Noyabr 2025 12:53

    Türkiyədən Azərbaycana tekstil ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    10 Noyabr 2025 10:17

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 17:00

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 15:00

    Türkiyədən Suriyaya dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib, yaralanan yoxdur

    Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır – Əli Nağıyev

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir

    İngiltərə Futbol Federasiyası turnir formatının yenilənməsini tələb edib

    Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

    İran və Türkiyə regional sülh və əməkdaşlığı müzakirə edib

    Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.