BAKI, AzerVoice, Nailə Babazadə
Misir prezidenti Əbdülfəttah əs-Sisi baş nazir Mustafa Mədbuli ilə keçirdiyi rəsmi görüşdə nazirlər kabinetində dəyişiklik edilməsi məsələsini müzakirə edib. Prezidentliyin yaydığı rəsmi bəyanata görə,
AzerVoice xəbər verir ki, prezidentliyin yaydığı rəsmi bəyanata görə, Sisi yeni formalaşacaq hökumətin fəaliyyətinin dövlətin strateji maraqlarına tam uyğun gəlməsinin vacibliyini vurğulayıb. O, yeni kabinetin milli təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, istehsalın artırılması, enerji və qida təhlükəsizliyi, həmçinin insan kapitalının inkişafı kimi prioritet hədəfləri reallaşdırmalı olduğunu qeyd edib.
Dövlətə məxsus "Əhbar əl-Yevm" qəzetinin məlumatına görə, Misir parlamentinin aşağı palatası olan Nümayəndələr Məclisi fevralın 11-də mühüm məsələləri müzakirə etmək üçün fövqəladə iclasa toplaşacaq. Parlamentdəki rəsmi mənbələr bu iclasın əsas məqsədinin prezident Sisinin təqdim edəcəyi yeni kabinet tərkibini və struktur dəyişikliklərini müzakirə edərək təsdiqləmək olduğunu bildiriblər.