BAKI, AzerVoice, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyədən Misirə xalça ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azalaraq, 13 min 13 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 206 milyon 372 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 2 milyard 815 milyon 252 min dollar məbləğində xalça ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.