Əsas səhifə » Sudanda vəba təhlükəsi artır

Sudanda vəba təhlükəsi artır

BAKI, AzerVoice

Sudanda vəba epidemiyasında 2 günə 70 nəfər ölüb.

AzerVoice xəbər verir ki, Sudanın səhiyyə naziri ölkədə yayılan vəba epidemiyası ilə bağlı açıqlama verib.

Paytaxt Xartumda son iki gün ərzində azı 70 nəfərin vəba səbəbilə həyatını itirdiyi bildirilib.

Epidemiya qısa müddətdə bölgədə geniş yayılaraq səhiyyə sistemini çökdürmə riski yaradır. Nazirliyin məlumatına görə, xəstəxanalarda vəziyyət kritikdir və dərman çatışmazlığı baş verir.

Qeyd edək ki, son aylarda Sudanda davam edən silahlı qarşıdurmalar səbəbilə səhiyyə infrastrukturu zədələnib, su və sanitariya şəraiti pisləşib ki, bu da yoluxucu xəstəliklərin yayılmasını asanlaşdırır. Dünya Səhiyyə Təşkilatı da bölgədə epidemioloji riskin yüksək olduğunu açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice