Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Əlcəzair

    Əlcəzairdə “İslami Xilas Cəbhəsi”nin liderləri barədə həbs qərarı verilib

    27 İyun 2025 19:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Cəzair Cinayət Məhkəməsi, Əlcəzairdə qadağan olunmuş “İslami Xilas Cəbhəsi” partiyasının liderlərinə üç il və ömürlük arasında dəyişən müddətlərdə həbs qərarı verib. Onlar 2023-cü ildə internetdə ölkədəki siyasi və iqtisadi vəziyyətlə bağlı bəyanat dərc etdiklərinə görə həbs olunmuşdular.

    AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Məlumata əsasən, 18 nəfərlik “İslami Xilas Cəbhəsi” qrupunun məhkəməsi 10 saat davam etdi. Məhkəmənin əvvəlində bəraət ümidi olsa da, prokuror 16 nəfər üçün 12 il, iki qaçqın üçün isə ömürlük həbs cəzası tələb etdikdən sonra bu ümidlər puç oldu.

    Məhkəmə “terror təşkilatı yaratmaq” maddəsini ləğv etsə də, “ölkə birliyinə xələl yetirmək” və “milli faciənin yaralarını siyasi məqsədlərlə istismar etmək” kimi ittihamlar saxlanıldı. Bu ittihamlar 1990-cı illərdəki terror aktlarını siyasi məqsədlərlə istifadə etməyi qadağan edən 2006-cı il “Sülh Qanunu”na əsaslanır.

    Azadlıqdan məhrum edilənlər arasında təşkilatın keçmiş lideri Əli bin Həccər də var. O, 1990-cı illərdə “Dəvət və Cihad Qrupu”nu qurmuş və 1997-ci ildə onu ləğv etmişdi. Məhkəmə onu və daha beş nəfəri dörd il, digər 9 nəfəri isə üç il həbs cəzasına məhkum etdi. İslamçı fəal Bəlqasım Xənşə iki il, qaçqın vəziyyətdə olan İbrahim Qərbi və Ləxdar Əzizi isə qiyabi olaraq ömürlük həbs cəzası alıblar.

    #Əlcəzair #İslami Xilas Cəbhəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti müzakirə olunub

    4 Noyabr 2025 23:25

    Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb

    4 Noyabr 2025 21:22

    Azərbaycan və Əlcəzair arasında Ticarət, İqtisadiyyat, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiya yaradılacaq

    4 Noyabr 2025 16:09

    Azərbaycan və Əlcəzair XİN rəhbərləri əlaqələrin genişləndirilməsini müzakirə ediblər

    4 Noyabr 2025 14:54

    Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə gedib

    3 Noyabr 2025 17:25

    OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

    3 Noyabr 2025 09:23

    Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir

    1 Noyabr 2025 11:20

    MAQATE Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi Əlcəzairi seçib – Qrossi

    23 Oktyabr 2025 13:53

    Əlcəzair hərbi büdəcisini artırtdı

    12 Oktyabr 2025 14:15

    Fransada HALAL sadəcə yemək deyil, dini kimlik mübarizəsidir

    4 Oktyabr 2025 20:00

    OPEC+ ölkələri gələn ilin iyununa qədər 4,8 milyon barel hasilatı kompensasiya etməlidirlər

    8 Sentyabr 2025 19:02
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.