Əsas səhifə » Misir XİN Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

Misir XİN Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

BAKI, AzerVoice

Misir İranla bağlı son hadisələrdən son dərəcə narahat olduğunu bildirib və Yaxın Şərqdə münaqişə tərəflərini gərginliyin azaldılmasına çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Misir İranda baş verən son hadisələrlə bağlı dərin narahatlığını bildirir və Yaxın Şərqdə gərginliyin artmasını qəti şəkildə pisləyir. Tərəfləri təmkinə və dialoqa çağırırıq ki, dinc əhalinin həyatı, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyi qorunsun" – deyə, bəyanatda qeyd olunub.

Bəyanatda, həmçinin bildirilib ki, Yaxın Şərqdəki böhran yalnız diplomatik yolla həll oluna bilər.

“Böhrandan çıxış yolunun yeganə vasitəsi hərbi əməliyyatlar deyil, məhz danışıqlardır" - deyə, XİN bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice