Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səudiyyə Ərəbistanı

    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi

    5 Fevral 2025 14:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ Xüsusi olaraq AzerVoice üçün

    Dəryə Biennale Fondu, 2025-ci ildə keçiriləcək ikinci İslam Sənətləri Biennalesinin açılışını elan edib. Tədbir Ciddə şəhərində, Kral Əbdüləziz Beynəlxalq Hava Limanının qərb zəvvar zalında baş tutacaq və "Və onların arasında" başlığı altında keçiriləcəkdir.

    Bu mövzu, Uca Allahın endirdiyi ayələrdən ilham alınaraq keçirilib

    “Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər)” (Ənbiya, 16)

    “O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər).” (Məryəm, 65)

    Beynəlxalq Səviyyədə İştirak

    Biennalenin ikinci buraxılışı, yerli və beynəlxalq qurumların daha geniş iştirakına şahidlik edir. Tədbirdə Tunis, Daşkənd, Timbuktu və Yoqyakarta kimi şəhərlərdən İslam sənətləri sahəsində ixtisaslaşmış dünyanın ən tanınmış institutlarının kolleksiyalarına yer verilmişdir.

    Bundan əlavə, sərgidə Luvr Muzeyi (Paris), Viktoriya və Albert Muzeyi (London), İslam Sənəti Muzeyi (Doha), Timbuktuda yerləşən Əhməd Baba İnstitutu (Mali), İstanbulda fəaliyyət göstərən Türk Əlyazmaları İnstitutu kimi məşhur beynəlxalq mədəniyyət və sənət qurumlarının eksponatları nümayiş etdiriləcək.

    Beynəlxalq səviyyədə tanınmış institutlarla yanaşı, Səudiyyə Ərəbistanından Kral Əbdüləziz Mədəniyyət Mərkəzi - İthra (Zəhrən), Kral Əbdüləziz Vəqf Kitabxanası (Mədinə), Kral Fahd Milli Kitabxanası (Riyad) kimi mühüm mədəniyyət ocaqları da sərgiyə töhfə verəcək.

    Sərgidə həmçinin Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və dünyanın müxtəlif bölgələrindən 30-dan çox müasir sənətçinin əsərləri nümayiş etdiriləcək.

    Mükəmməl Sərgi Dizaynı və Tematik Bölmələr

    Böyük mədəniyyət sərgiləri geniş və peşəkar şəkildə təşkil olunmalıdır. Bu baxımdan, biennale yeddi unikal bölməyə ayrılıb.Bu bölmələr 100 min kvadrat metrlik bir sahədə yerləşən sərgi zallarında və açıq məkanlarda təqdim ediləcək. Biennalenin ümumi dizaynı beynəlxalq memarlıq şirkəti OMA tərəfindən hazırlanmışdır.

    500-dən Çox Tarixi və Müasir Sənət Əsəri

    Biennaledə Səudiyyə Ərəbistanı, Fələstin, Misir, Oman, Qətər, Tunis, Küveyt, Özbəkistan, Danimarka, Fransa, Yunanıstan, İndoneziya, İtaliya, Mali, Portuqaliya, İspaniya, Türkiyə, Böyük Britaniya, İordaniya və ABŞ daxil olmaqla 30-dan çox beynəlxalq qurumun iştirakı ilə 500-dən çox tarixi və müasir İslam sənət əsəri sərgilənəcək.

    Bu tədbir İslam tarixinin nadir eksponatlarını və müasir sənət nümunələrini bir dam altında birləşdirəcək və ziyarətçilərə bənzərsiz incəsənət və mədəniyyət təcrübəsi təqdim edəcək.

    Kəbə Örtüyü və Tarixi Əşyalar

    Biennale, Kral Əbdüləziz tərəfindən 1346-cı ildə hazırladılan Kəbə Örtüyü Kompleksinin yüzilliyi ilə eyni vaxta təsadüf edir. Sərgidə Kəbə örtüyü tam şəkildə nümayiş etdiriləcək və onun tarixi mərhələlərdən keçərək necə inkişaf etdiyi, eləcə də sənətkarlıq işləri və yazı bəzəkləri ilə bağlı geniş məlumat təqdim ediləcək.

    Bundan əlavə, sərgidə Kəbənin qədim açarı da daxil olmaqla, nadir tarixi İslam əsərləri ziyarətçilərə təqdim olunacaq.

    Mədəniyyət və Təhsil Proqramları

    Biennale çərçivəsində müxtəlif mədəni və elmi tədbirlər keçiriləcək. Mühazirələr, seminarlar, ictimai təşəbbüslər və panellər tədbirin əsas hissələrindəndir.

    Bundan əlavə, biennale “Məktəbdən sonra Biennale” və “İşdən sonra Biennale” adlı xüsusi təşəbbüslərlə həftə ərzində interaktiv praktiki seminarlar təşkil edəcək. Bu proqramlar yaradıcılığı və incəsənətə baxışı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.

    İslam Sənətləri Biennalesi, mədəniyyətin, incəsənətin və elmin keçmişdən bu günə daşınmasında mühüm bir mərhələ olaraq qalacaqdır.

    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi
    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi
    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi
    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi
    İslam Sənətləri Biennalesi: Elmin və Biliyin Keçidi
    #İslam irsi #Əhməd Hələbi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    1 Fevral 2026 20:00

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    1 Fevral 2026 19:16

    Səlib Yürüşlərində Tibb Möcüzəsi: Müsəlman Həkimlər Xristian Kralları Necə Müalicə Edirdi?

    31 Yanvar 2026 18:56

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.