Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    11 Fevral 2026 21:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    “Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.

    AzerVoice xəbər verir ki, forum “Həyat Keyfiyyəti” konsepti ilə şəhərsalma, inşaatın bünövrəsindən başlayaraq memarlığın forması, interyerin funksionallığı və mebelin yaratdığı komforta qədər bütün dəyər zəncirinə holistik yanaşma təqdim edir. “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır.

    Tədbir 2 gün davam edərək 6 panel sessiyası və 20-dən çox spiker ilə sahənin ən aktual trendlərini, praktik həllərini və biznes imkanlarını müzakirə etməyi hədəfləyir.
    Tədbir Azərbaycanın interyer dizaynı, memarlıq, inşaat və peşəkar mebel istehsalı ekosisteminin inkişafı üçün strategiya, innovasiya və əməkdaşlıq platforması rolunu oynayacaq. Peşəkar seminarlar, panel müzakirələri və şəbəkələşmə imkanları vasitəsilə iştirakçılar yerli və beynəlxalq təcrübə mübadiləsi həyata keçirəcək, yeni biznes əlaqələri quracaq və sənayedə qabaqcıl trendlərlə tanış olacaq.

    Forumun birinci gün panelləri:

    I Panel: Şəhər və Memarlıq

    Müasir şəhərsalma prinsipləri, urban transformasiya, memarlıq vizyonu və estetik yanaşmalar müzakirə olunacaq. Şəhərlərin gələcəyi, funksional və dayanıqlı memarlıq həlləri əsas diqqət mərkəzində olacaq.

    II Panel: Developer və İnşaat

    Tikinti sektorunun inkişaf istiqamətləri, bazar dinamikası, investisiya perspektivləri və keyfiyyət standartları müzakirə ediləcək. Developer yanaşmaları və layihələrin idarəetmə modelləri ön plana çıxarılacaq.

    III Panel: Texnologiya və Materiallar

    İnşaat və interyer sahəsində innovativ texnologiyalar, yeni nəsil materiallar, davamlılıq və enerji effektivliyi mövzuları təqdim olunacaq. Sənayedə texnoloji transformasiyanın rolu ətraflı şəkildə dəyərləndiriləcək. Tədbir həm təcrübəli mütəxəssislər, həm də sahəyə yeni baş vuran gənc peşəkarlar üçün fəal iştirak, ilhamverici müzakirə və praktiki bilik artırma imkanları ilə zəngin olacaq.

    Forumun birinci gün panelləri:

    I Panel: İnteryer və Planlama

    Məkanın funksional təşkili, planlama prinsipləri, dizayn həlləri və istifadəçi təcrübəsi müzakirə ediləcək. Estetika ilə funksionallığın balansı əsas mövzulardan olacaq.

    II Panel: Mebel və Həyat Tərzi

    Mebel sənayesində trendlər, istehsal yanaşmaları, brend strategiyası və həyat tərzinə uyğun dizayn anlayışı təqdim olunacaq. Məkanın xarakterini formalaşdıran elementlərə fokus ediləcək.

    III Panel: Açar Təslim (Əsas Panel)

    Layihələrin ideyadan icraya qədər bütün mərhələləri, koordinasiya prosesi, inteqrasiya olunmuş həllər və müştəri gözləntilərinin idarə edilməsi müzakirə ediləcək. Bu panel forumun kulminasiya nöqtəsi olaraq sektorun bütöv ekosistemini əhatə edəcək.

    Qeyd edək ki, forum yalnız müzakirə platforması deyil, həm də eyni sahədə düşünən, yaradan və quruculuq edən insanların bir araya gəldiyi xüsusi bir görüş nöqtəsidir. Sizi də bu iki gün ərzində yeni ideyalarla tanış olmağa, sektorumuzun gələcəyini birlikdə müzakirə etməyə dəvət edirik.

    #Bakıda böyük forum: İnteryer #inşaat və mebel dünyası bir arada #Həyat Keyfiyyəti forumu 2026: Sea Breezedə mühüm görüş #Memarlar və inşaatçılar Bakıda toplanır: Yeni trendlər müzakirə olunacaq #İnteryer İnşaat Memarlıq Mebel Forumunun proqramı açıqlandı #Bakıda Açar təslim həlləri və müasir şəhərsalma müzakirəsi #May ayında Bakıda innovativ dizayn zirvəsi keçiriləcək #Bakü'de Dev Zirve: İç Mimarlık #İnşaat ve Mobilya Forumu 2026 #Sea Breeze'de Yaşam Kalitesi konseptli dev organizasyon #Mimarlık ve inşaat dünyası Bakü'de buluşuyor: 6 kritik panel #Azerbaycan'ın iç mimari ve mobilya ekosistemi bu forumda gelişecek #Facemark ve Mutfakçı'dan sektör birleştiren büyük forum #Teknoloji ve estetiğin buluşması: Bakü'de mimarlık rüzgarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    11 Fevral 2026 21:09

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

    11 Fevral 2026 15:58

    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

    11 Fevral 2026 15:24

    Mercedes -AMG: “Black Series” modelləri geri qayıdır

    11 Fevral 2026 14:51

    ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur

    11 Fevral 2026 13:32

    AYNA bir sıra müntəzəm avtobus marşrutlarını yeni daşıyıcılara təhkim edib

    11 Fevral 2026 12:14

    QİAD və TECHERA Qubada biznes və rəqəmsal inkişaf sammiti keçirəcək

    10 Fevral 2026 17:48
    Demo
    XƏBƏR LENTİ

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    Sudanda "Bayraktar AKINCI" PUA Çin istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib

    Bakıda Türkiyə–Azərbaycan ticarət əlaqələrinə dair mühüm B2B görüşləri keçiriləcək

    Türkiyədə yeni nazirlərin andiçməsi zamanı gərgin anlar yaşanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.