İsraildə Baş nazir Benyamin Netanyahunun prezident İshaq Hersoqdan yolsuzluq işlərində təxirə salınma tələb etməsi, Baş nazirlik və prezident iqamətgahları önündə yürüşlə etiraz edilib. Tələbdən sonra Qərbi Küdüsdə Netanyahu əleyhinə nümayişlər davam edib. Prezident və Baş nazirlik binaları önündə Netanyahu’nun məhkəməsinin təxirə salınmasına etiraz edən vətəndaşlar Hersoqdan bu tələbə qarşı çıxmasını istəyiblər. Burada keçirilən yürüşdə Netanyahunun məhkəməsinin davam etməsi vurğulanıb və ABŞ prezidenti Tramp ilə Netanyahu’nun məhkəməsinin təxirə salınmaması tələb olunub.
Axtarış nəticələri "Benyamin Netanyahu" (700)
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp tərəfindən yaxın vaxtlarda Ağ Evə dəvət edilib. Bu barədə bazar ertəsi iki lider arasında baş tutan telefon danışığından sonra Baş nazirin ofisi məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu uzun illərdir davam edən korrupsiya işi çərçivəsində ölkə prezidentinə əfv müraciəti göndərdikdən sonra bu gün ilk dəfə məhkəmə iclasında iştirak edib. Müraciətə ABŞ Prezidenti Donald Trampın açıq şəkildə dəstək verməsi ölkədə siyasi polemikanı daha da dərinləşdirib.
İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib.
Misir yüzlərlə fələstinli polis əməkdaşını müharibədən sonrakı mərhələdə Qəzzada təhlükəsizlik qüvvələrinə inteqrasiya etmək məqsədilə hazırlayır.Misirin xarici işlər naziri Bədr Əbdülatti avqust ayında Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Mustafa ilə danışıqları zamanı Qəzza üçün 5 min polis əməkdaşının hazırlanması planını elan etmişdi.
Almaniya kansleri Fridrix Mers regionda gərginliyin artdığı bir vaxt dekabr ayında İsrailə ilk rəsmi səfərini edəcək. Bu barədə Almaniya hökuməti məlumat yayıb.Hökumətin açıqlamasına görə, Mers dekabrın 6-da İsrailə çatacaq və Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Dekabrın 7-də isə o, Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Yad Vaşem memorialını ziyarət edəcək.
Qəzza zolağının cənubunda tunel şəbəkəsinin zərərsizləşdirilməsi əməliyyatları zamanı yaxın günlərdə öldürülmüş daha doqquz fələstinli döyüşçünün cəsədi aşkarlanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu yenidən Tel-Əviv Mərkəzi Məhkəməsi qarşısına çıxıb. O, haqqında irəli sürülmüş korrupsiya ittihamlarına cavab verib, lakin proses zamanı “gizli zərf” aldıqdan sonra məhkəmə zalını 20 dəqiqəlik tərk edib. Məlumata görə, istintaq bu dəfə Netanyahuya qarşı “4000-ci iş” üzrə suallar üzərində cəmləşib. Bu iş çərçivəsində Netanyahuya “Bezeq” telekommunikasiya şirkətinin və “Walla” xəbər portalının keçmiş sahibi Şaul Eloviçə media imtiyazları və tənzimləmə güzəştləri verməkdə, əvəzində özünə müsbət media dəstəyi almaqda ittiham olunur.
İsrail bazar günü Beyrutun cənub qəsəbəsi olan Dahiyəni hədəfə alan hücum həyata keçirdi. Nəticədə bir nəfər həyatını itirdi, 21 nəfər yaralandı. Livan prezidenti Cozef Aun bu hücumu “İsrailin təcavüzü dayandırmaq çağırışlarına məhəl qoymadığının növbəti sübutu” adlandırdı. O qeyd etdi ki, “Livan artıq bir ilə yaxındır ki, düşmənçilik fəaliyyətlərini dayandırıb”, beynəlxalq ictimaiyyəti isə “öz məsuliyyətini üzərinə götürməyə və Livana qarşı təcavüzün dərhal dayandırılması üçün ciddi müdaxilə etməyə” çağırdı.
İsrail Ordusu Qəzza zolağında HƏMAS-ın yerli komandirlərindən birinə qarşı hava hücumu həyata keçirdiyini bildirib.
İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib. Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən açıqlanan yeni sənədlər, ABŞ-lı maliyyəçi və azyaşlılara qarşı cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin Hindistan siyasətinə təsir göstərmək cəhdlərini və Baş nazir Narendra Modinin hakim dairələri ilə əlaqələrini üzə çıxarıb.
İsrail Baş naziri Benyamin Netanyahu işğal altındakı Suriya torpaqlarına səfər edərək bölgədə yerləşdirilmiş İsrail əsgərləri ilə görüşüb. Səfərdə müdafiə və xarici işlər nazirləri, eləcə də İsrail ordusunun rəhbərliyi iştirak edib. Netanyahu Qolan Təpələri qarşısındakı şimal sərhədinin təhlükəsizliyinin gücləndirilməsinin prioritet olduğunu bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.
10 oktyabrdan qüvvədə olan və ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş Qəzza zolağındakı atəşkəsin davamlılığını təmin etmək ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner İsrail baş naziri Benyamin Netanyahu ilə görüşüb.
İsraillə HƏMAS arasında atəşkəsin davam etməsi ilə ölkə “müharibədən sonrakı dövrə” daxil olub. Raket səsləri kəsilsə də, ictimaiyyət və siyasət səhnəsində əsas sual indi hökumətin məsuliyyəti və müharibənin nəticələridir.
Livan həm rəsmi, həm də ictimai səviyyədə hər gün beynəlxalq dairələrdən gələn xəbərdarlıqların təsiri altında yaşayır. ABŞ və İsrail mediası son günlərdə mümkün qarşıdurma ssenarilərini geniş müzakirə edir və Livanın Hizbullahı tərksilah edə bilməyəcəyi halda İsrailin şimal cəbhəsində hərbi əməliyyatların yenidən başlaya biləcəyini iddia edir.
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq. Bu razılaşmalar İsraillə müsəlman əksəriyyətli ölkələr arasında diplomatik əlaqələrin normallaşdırılmasını nəzərdə tutur.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir. Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib. O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.
“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib. Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib. “Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.
İsrailin keçmiş hərbi baş prokuroru, general-mayor Yifat Tomer Yeruşalmi, fələstinli məhbusun döyülməsini göstərən sızdırılmış videoya görə həbs olunub. Məlumata görə, cümə günü istefa verən Tomer Yeruşalmi videonun sızdırılması ilə bağlı polis araşdırmasına mane olmaqda şübhəli bilinir. O, istefa ərizəsində videonu yenidən göndərdiyini etiraf edib və bunu “hərbi hüquq-mühafizə orqanlarına qarşı aparılan yalan təbliğata cavab vermək” məqsədi ilə etdiyini bildirib.
Bəşşar Əsədin və onun rejiminin süqutunu yalnız Suriya hadisəsi kimi dəyərləndirmək sadəlövhlük olduğu kimi, bu rejimin dağılmasının bölgənin simasını qeyri-müəyyən bir müddətə dəyişdirdiyini görməmək də sadəlövhlükdür.Əslində, Əsədin devrilməsi, uzun illər ərzində Fələstin məsələsini və İsrailə qarşı düşmənçiliyi bölgədə dağıdıcı bir layihəni həyata keçirmək üçün vasitə kimi istifadə edən bir oxun sonudur. Bu, Tehrandan Beyruta qədər uzanan və Suriyanın əsas əlaqə nöqtəsi olduğu “oxun” həyat damarının kəsilməsi deməkdir.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.