Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Qətər

    HƏMAS və İsrail arasında danışıqlar dalana dirənib - Qətər XİN

    25 May 2025 22:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    HƏMAS ilə İsrail arasında Qəzza zolağında münaqişənin həlli ilə bağlı aparılan dolayı danışıqlar dalana dirənib.

    AzerVoice xəbər verir ki, bu barədə Qətərin Baş naziri və eyni zamanda xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani məlumat verib.

    “Münaqişə ilə bağlı kreativ həll yolları axtarmağa çalışırıq, lakin hələ heç biri nəticə verməyib. Hətta təklif etdik ki, əgər HƏMAS-ı İsrail üçün məqbul mərhələli plana razı salmağı bacarsaq, BMT Təhlükəsizlik Şurasının nəzarəti ilə münaqişənin dayandırılması məqsədilə məhdud müddətli danışıqlar prosesi başlansın. İsrail bu təklifi rədd etdi” – deyə, Qətərin baş naziri bildirib.

    Əl-Tani qeyd edib ki, Dohada keçirilən danışıqlarda vəziyyət elə formalaşıb ki, İsrail yalnız Qəzzada girov saxlanılanların azadlığına yönəlmiş razılaşma istədiyi halda, HƏMAS tam atəşkəs və müharibənin sonlandırılmasında israr edir.

    “Düşünürəm ki, danışıqlar dalana dirənib” – deyə, Qətərin baş naziri vurğulayıb.

    Xatırladaq ki, mayın 12-də Qəzza zolağındakı fələstinli qruplaşmalar ABŞ vətəndaşlığı olan israilli hərbçi İdan Aleksandrı azad ediblər. HƏMAS onun azad olunması ilə bağlı verdiyi açıqlamada hərtərəfli və daimi atəşkəsin əldə olunması məqsədilə danışıqların bərpasına hazır olduqlarını bildirmişdi. Həmin gün İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşdən sonra İsrail nümayəndə heyətini Qətərə göndərmək barədə göstəriş vermişdi.

    Lakin Qətər baş naziri bildirib ki, Dohada keçirilən son məsləhətləşmələr tərəflərin mövqelərinin yaxınlaşmasına səbəb olmayıb. Myın 22-də Misirin “Əl-Qahira əl-İxbaria” telekanalı isə İsrailin danışıqlar üçün Dohada olan nümayəndə heyətini geri çağırdığını açıqlayıb.

    #İsrail #Qəzza zolağı #Qətər #HƏMAS #danışıqlar #dolayı danışıqlar #Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Türkiyədən Qətərə hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 12:00

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Corc Buş terrorizm barədə BMT-də çıxış etdi

    Züha surəsi nədən bəhs edir?

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.