Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.

    ISF-in məqsədinin atəşkəsi izləmək və sonra bərpa prosesini təmin etmək olduğunu deyən Tramp, “Proses çox yaxşı gedir, çox yaxın zamanda başlanacaq” ifadəsini işlədib. O, Qəzza ilə bağlı regional koalisiyaya işarə edərək, bunun “möhkəm və davamlı sülh” üçün atılmış addım olduğunu qeyd edib.

    Tramp, həmçinin Qazaxıstan və digər Orta Asiya ölkələrinin Abraham Sazişlərinə qoşulmasını arzuladıqlarını və bu vasitə ilə sazişi yenidən aktivləşdirməyi planladıqlarını bildirib.

    ABŞ-ın BMT Daimi Nümayəndəsi Michael Waltz da BMT Təhlükəsizlik Şurasının seçilmiş üzvləri, eləcə də Türkiyə, Misir, Qatar, Səudiyyə Ərəbistanı və BƏƏ nümayəndələrinin iştirak etdiyi toplantıda 20 maddəlik Qəzza barış planını dəstəkləyən və ISF-in səlahiyyətlərini təsdiqləyən BMT qərar layihəsinin təqdim olunduğunu açıqlayıb. Waltz planın BMT-də təsdiqlənməsini və Orta Şərqdə sülhün təmin edilməsini tarixi fürsət adlandırıb.

    Qərarın oylanacağı tarix hələ müəyyən edilməyib.

    #Qəzza #Qazaxıstan #Özbəkistan #Qırğızıstan #Qəzza zolağı #Türkmənistan #Donald Tramp #Tacikistan #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Trampın fərmanları #Trampın iddiaları #Donald Tramp və Qəzza planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada Yasir Əbu Şəbab öldürüldü

    4 Dekabr 2025 16:50

    İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

    4 Dekabr 2025 15:55

    Kanada Ukraynaya 143 milyon dollar dəyərində hərbi yardım edəcək

    4 Dekabr 2025 13:40

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi yekunlaşmaq üzrədir

    4 Dekabr 2025 10:45

    Qazaxıstanda uran ehtiyatları 2 milyon tonu ötür

    4 Dekabr 2025 10:33

    Qəzzada atəşkəsin ikinci mərhələsi çox yaxında başlayacaq - Tramp

    4 Dekabr 2025 10:05

    Venesuelaya qarşı əməliyyatları genişləndiririk - Tramp

    4 Dekabr 2025 09:40

    İsrail atəşkəsi pozmağa və yerindən edilmiş insanları hədəf almağa davam edir - HƏMAS

    3 Dekabr 2025 17:11

    Cənubi Koreya və ABŞ, nüvə enerjisi sahəsində ortaq müəssisə qurmaq üzrə razılığa gəlib

    3 Dekabr 2025 16:05

    Tramp Tayvan qanununu təsdiqləyib

    3 Dekabr 2025 15:47

    Qəzzada İsrail hücumlarında həlak olanların sayı 70 mini keçib

    3 Dekabr 2025 15:26
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.