Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    9 Noyabr 2025 22:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    9 noyabr tarixində Gəncə İdman Sarayında ilk dəfə Aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. Gənclər və 15 yaşadək idmançılar arasında təşkil olunan bu 1-ci Avropa çempionatında 20 ölkədən 380 gimnast iştirak edib. Yarış iştirakçıları fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış ediblər.

    AzerVoice xəbər verir ki, yarışın ilk günündə gimnastlar təsnifat mərhələsində öz kompozisiyalarını nümayiş etdiriblər. Tədbir çərçivəsində musiqi ilə vəhdət təşkil edən çıxışlar, rəngarəng şoular və xüsusi rəqs nömrələri tamaşaçılara təqdim olunub. Arenada toplaşan izləyicilər bu performansları böyük maraqla izləyərək həm əyləncəli, həm də ilhamverici anlar yaşayıblar. Bu, eyni zamanda, Azərbaycanın gimnastikaya verdiyi yüksək önəmi bir daha nümayiş etdirib.

    Açılış mərasimində çıxış edən gənclər və idman naziri, Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov əvvəlcə hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Nazir şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, ruhlarının şad olmasını arzulayıb, qazilərimizə isə sağlam və xoşbəxt ömür diləyib. O, Azərbaycanın gimnastika sahəsində qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, bu nailiyyətlər Prezident İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gimnastikaya göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Fərid Qayıbov, həmçinin, ölkəmizin belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb və bütün idmançılara uğurlar arzulayıb.

    Qeyd edək ki, hazırda Gəncə İdman Sarayında Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan gimnastları çempionluq uğrunda mübarizə aparırlar. Bu gün start götürən yarışa 11 noyabr tarixində yekun vurulacaq.

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)
    #Prezident İlham Əliyev #Mehriban Əliyeva #Avropa çempionatı #Gəncə #Fərid Qayıbov #Zəfər Günü #Dövlət Bayrağı günü #Azərbaycan Gimnastika Federasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    15 Fevral 2026 18:22

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    15 Fevral 2026 18:16

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    15 Fevral 2026 18:13

    Prezident İlham Əliyev: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

    15 Fevral 2026 18:13

    Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

    15 Fevral 2026 18:05

    Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər (FOTO)

    15 Fevral 2026 17:52

    Azərbaycan-Serbiya sənədləri mübadilə olunub (FOTO)

    15 Fevral 2026 17:47

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    15 Fevral 2026 17:33

    Prezident İlham Əliyev Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında iştirak edib (FOTO/VİDEO)

    15 Fevral 2026 16:51

    Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib (FOTO/VİDEO)

    15 Fevral 2026 16:15

    Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib (FOTO/VİDEO)

    15 Fevral 2026 16:03

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub (FOTO)

    15 Fevral 2026 15:40
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.