Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İstanbul Cumhuriyyət Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri İsrаel Katz, Nazir Tamara Ben Gvir, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir, İsrail Hərbi Dəniz Qüvvələri Komandanı David Saar Salama və digər yüksək rütbəli rəsmilər də daxil olmaqla ümumilikdə 37 nəfər barəsində “soyqırım” və “insanlığa qarşı cinayətlər” ittihamı ilə beynəlxalq axtarış qərarı çıxarıb.

    AzerVoice xəbər verir ki, Baş Prokurorluğun rəsmi açıqlamasında, İsrailin Qəzzada sistematik şəkildə mülki əhaliyə qarşı hücumları, xəstəxanaların bombalanması, humanitar yardımların qarşısının alınması və yüzlərlə dinc sakinin qətlə yetirilməsi ilə bağlı mövcud dəlillər nəticəsində prosesin rəsmən başladıldığı bildirilib.

    Açıqlamada, Qəzzada minlərlə qadın və uşağın öldürüldüyü, yaşayış məntəqələrinin məhv edildiyi, xəstəxanalara və tibbi heyətə hücumlar həyata keçirildiyi və humanitar yardımının qarşısının alındığı vurğulanıb.

    Baş Prokurorluq, istintaqa 6 yaşlı Hind Recəb adlı uşağın 335 güllə ilə öldürülməsi, 17 oktyabr 2023-də Əl-Əhli Baptist Xəstəxanasının bombalanması (500 ölü), Türk-Fələstin Dostluq Xəstəxanasının vurulması, Səhiyyə müəssisələrinə davamlı hücumlar, Qəzzanın blokadası və humanitar yardımın qarşısının alınması, Beynəlxalq Sumud gəmilərinə qarşı hücum kimi hadisələri dəlil kimi göstərib.

    İstanbul Baş Prokurorluğu “Beynəlxalq Sumud Filosunun” Qəzzəyə humanitar yardım apararkən beynəlxalq sularda İsrail donanması tərəfindən hücuma məruz qaldığını təsdiqləyib. Hücum zamanı saxlanılan şəxslərin İstanbul Tibb Qurumunda tibbi və psixoloji müayinədən keçirildiyi, ifadələrinin alındığı,rəsmi əməliyyatların Milli Kəşfiyyat Təşkilatı MİT və İstanbul Polis İdarəsi ilə koordinasiyalı aparıldığı bildirilir.

    Baş Prokurorluğun açıqlamasına görə, adları çəkilən şəxslərin Türkiyəyə gəlməsi və ya beynəlxalq hüquqa uyğun olaraq Türkiyəyə təhvil verilməsi halında hüquqi proses dərhal icra ediləcək.

    Bu qərar, Türkiyənin ilk dəfə olaraq İsrailin ali siyasi və hərbi rəhbərliyinə qarşı “soyqırım” ittihamı ilə beynəlxalq səviyyəli hüquqi addım atması kimi qiymətləndirilir.

    #Qəzza zolağı #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Qəzza münaqişəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzza sakinlərinin köçü #İstanbul Polis İdarəsi #Türkiyənin Qəzza siyasəti #Türkiyənin Netanyahu barədə həbs qərarı #Türkiyənin Ben Qvir barədə həbs qərarı #İstanbul Baş prokrorluğu #İstanbul Tibb Qurumu #Beynəlxalq Sumud Filosu #Qəzzəyə humanitar yardım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Qəzzada Yasir Əbu Şəbab öldürüldü

    4 Dekabr 2025 16:50

    İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

    4 Dekabr 2025 15:55
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.