BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qətərə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq, 30 milyon 744 min 63 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Qətərə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq, 3 milyard 942 min 70 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 14 milyard 219 milyon 509 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 512 milyon 144 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 964 milyon 805 min dollar məbləğində hazır geyim ixrac edib.