Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

    18 Dekabr 2025 10:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziri Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) Baş katibi Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderland Baş nazirinin Milli təhlükəsizlik müşavirinin müavini Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.

    AzerVoice xəbər verir ki, görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

    Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühüm nəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündə Prezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmiş görüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair razılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlər nazirlərinin görüşünün, XİN-lərarsı məsləhətləşmələrin, xarici işlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərin davamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.

    Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirə edilib.

    Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edə biləcəyini vurğulayıblar. Hər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar, parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluq qruplarının fəaliyyəti kimi mövzular müzakirə olunub.

    E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addömlar, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öz növbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülh prosesinə öz tam dəstəyini ifadə edib.

    Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.

    E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş “Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropa İttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətində göstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasında etimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətlərini çətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.

    Səfər Azərbaycan və Niderland arasında iqtisadi sahədə tərəfdaşlığın gücləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsinin aparılması nöqteyi-nəzərdən də əhəmiyyətli olub. Bu xüsusda XİN-in Avropa İdarәsinin rәisi Erik Weststrate, ticarət üzrə xüsusi elçi Mark Hasselaar, Niderland Sahibkarlıq Agentliyinin (RVO) və Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşdə kənd təsərrüfatı, su idarəetməsi, liman infrastrukturu, nəqliyyat, logistika, bərpa olunan enerji, yüksək texnologiyalar,şəhərsalma kimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində konkret addımların atılması imkanları müzakirə edilib. Niderland tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlığa marağını ifadə edib və qısa zamanda potensial sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarı olduğunu bildirib.

    Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olan Beynәlxalq Münasibәtlәr İnstitutu “Clingendael” tərəfindən dəyirmi masa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin, Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrinin iştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsi Cənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, Azərbcaynın Aİ, NATO və Niderland ilə münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

    Səfər vaxtı E.Əmirbəyov, habelə "Holland Times" qəzetinə və Haaqada yerləşən analitik mərkəzlərin nümayəndələrinə müsahibələr verib.

    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
    #Azərbaycan #Prezident İlham Əliyev #Ermənistan #Avropa İttifaqı (Aİ) #Niderland #Cənubi Qafqaz #Elçin Əmirbəyov #Haaqa #Dik Sxof #Aukje de Vries #Christiaan Rebergen #Marsel de Vink #Joost van Deutekom #Koen Peterssen #Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşü #Niderland Sahibkarlıq Agentliyi (RVO) #Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) #Erik Weststrate
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və BƏƏ arasında energetika və müdafiə sahələri üzrə sənədlər imzalanıb

    2 Fevral 2026 20:40

    Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

    2 Fevral 2026 20:23

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    2 Fevral 2026 17:49

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    2 Fevral 2026 17:43

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    2 Fevral 2026 17:38

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    2 Fevral 2026 16:43

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    2 Fevral 2026 15:56

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    2 Fevral 2026 15:47

    Cəlilabadda əmisi tərəfindən ağır xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb

    2 Fevral 2026 14:43

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72,6 min gənc işlə təmin edilib

    2 Fevral 2026 13:03
    Demo
    XƏBƏR LENTİ

    “Sahibkar” anlayışını kim formalaşdırıb?

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.