Əsas səhifə » Azərbaycan və Türkiyə Müdafiə Nazirləri regional təhlükəsizliyi müzakirə edib

Azərbaycan və Türkiyə Müdafiə Nazirləri regional təhlükəsizliyi müzakirə edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən "Antalya Diplomatik Forumu" çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice