BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz azalaraq, 4 milyon 202 min 17 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalaraq, 29 milyon 104 min 50 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 artaraq, 2 milyard 917 milyon 28 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 364 milyon 158 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 0,4 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 4 milyard 395 milyon 981 min dollar məbləğində sement ixrac edib.