Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    BMT-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub

    16 İyul 2024 10:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,  AzerVoice

    İyulun 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Yüksək Səviyyəli Siyasi Forumu keçirilib.

     AzerVoice xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb. Sahib Məmmədov bildirib ki, Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır: "Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə mane törətməklə yanaşı Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə 18-ci DİM irəli sürülüb və tərəfimizdən bu təşəbbüsün reallaşdırılması üçün 18-ci dayanıqlı inkişaf məqsədinin layihəsi hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. 4-cü Könüllü Milli Hesabatda 18-ci DİM-in mahiyyəti və məqsədi ətraflı izah olunub".

    Sahib Məmmədov deyib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir.

    Nazir müavini əlavə edib ki, Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib. Qeyd olunub ki, DİM-ə uyğun olaraq son 10 ildə Azərbaycanda dayanıqlı artım müşahidə olunub, minimum əməkhaqqı 3 dəfə, orta aylıq gəlirlər 2 dəfə və minimum təqaüd 2,4 dəfə artıb.

    Bildirilib ki, ekoloji davamlılıq Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən birini təşkil edir və enerji keçidi Azərbaycanın yaşıl iqtisadiyyata keçid gündəliyində mərkəzi mövqedə durur. "Azərbaycanın hədəfi 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpaolunan enerjinin payını 24 faizə çatdırmaqdır. Bu rəqəmin 2030-cu ilə kimi 30 faiz olması planlaşdırılır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı biz Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirməyi hədəfləmişik. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Bu baxımdan nəzərəçarpan nəticələrə nail olmaq üçün qlobal dialoqun və əməkdaşlığın asanlaşdırılmasındakı rolumuzu həlledici hesab edirik",- deyə nazir müavini qeyd edib.

    O bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinə sadiqdir və qlobal tərəfdaşlarla birlikdə çiçəklənən və dayanıqlı gələcək naminə işləməyə hazırdır.

    Daha sonra Sahib Məmmədov Yüksək Səviyyəli Siyasi Forum iştirakçılarının Könüllü Milli Hesabatla bağlı suallarını cavablandırıb.

    #BMT #Sahib Məmmədov #Könüllü Milli Hesabat
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

    12 Noyabr 2025 09:38

    Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib

    7 Noyabr 2025 22:01

    Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib

    7 Noyabr 2025 14:29

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

    7 Noyabr 2025 10:53

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    7 Noyabr 2025 06:58

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    6 Noyabr 2025 10:49

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya işgüzar səfərə gedib

    5 Noyabr 2025 17:09

    Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti müzakirə olunub

    4 Noyabr 2025 23:25

    Hakan Fidan Finlandiyaya səfər edəcək

    4 Noyabr 2025 14:31

    Qəzzada 75 min fələstinli BMT binalarına sığınıb

    4 Noyabr 2025 14:29
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Fransaya kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    İran, Çin və Rusiya MAQATE ilə nüvə məsələlərini müzakirə edib

    Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq planı imzalanıb

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    Şeybani Londona gedərək ikitərəfli məsələləri müzakirə edəcək

    Ərdoğan Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Bahçeli ilə görüşəcək

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 40 milyon nəfəri keçib (ÖZƏL)

    Prezident İlham Əliyev: Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur

    Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib

    Ər-Riyad yeni siyasi qaydalar formalaşdırır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.