BAKI, AzerVoice, Səməd Əyyubov
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəs sülh sazişinin imzalanması üçün məcburi şərt deyil, çünki tərəflər döyüşlər davam edərkən də razılaşma üzərində işləyə bilərlər.
AzerVoice xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib.
“Ola bilsin ki, atəşkəsə ehtiyac yoxdur. Lakin biz tərəflər döyüşərkən də razılaşma üzərində işləyə bilərik” - deyə, Tramp bildirib.
Qeyd edək ki, hazırda Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.
Zelenski ilə yanaşı, görüşdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də iştirak edir.