Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ağ Ev rəsmiləri Zelenskidən Trampla görüşə kostyum və qalstukla gəlməsini xahiş ediblər

    18 Avqust 2025 20:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Ağ Ev rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskidən Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşə kostyum və qalstukla gəlməsini xahiş ediblər.

    AzerVoice xəbər verir ki, bu tələb Ukrayna tərəfinə Ağ Evin protokol xidməti vasitəsilə çatdırılıb.

    Bundan əvvəl “Axios” yazmışdı ki, Zelenski avqustun 18-də keçiriləcək görüşə iyunda Niderlanddakı NATO sammitində geyindiyi qara pencəklə qatılmağı planlaşdırır. Mənbələrin sözlərinə görə, o, biznes üslubuna üstünlük verəcək, amma qalstuk taxmayacaq.

    Xatırladaq ki, fevral ayında Ağ Evdə keçirilən görüşdə Zelenski qara sviter və şalvarla iştirak etmişdi. Tramp isə bunu ironiya ilə qarşılayaraq onun “bəzəndiyini” qeyd etmişdi. Həmin görüşdə jurnalistlər Zelenskidən niyə kostyum geyinmədiyini soruşduqda, o, müharibə bitəndən sonra kostyum geyinəcəyini cavablandırmışdı. Tramp isə bunu “ABŞ-a hörmətsizlik” adlandırmış, vitse-prezident Cey Di Vens də Ukraynanın göstərilən yardıma görə təşəkkür etmədiyini vurğulamışdı.

    Avqustun 18-də Vaşinqtondakı görüşdə Zelenskiyə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliyanın baş naziri Corca Meloni və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də qoşulacaq. NBC News-un məlumatına görə, görüşdə Ukraynaya təhlükəsizlik təminatları məsələsi də müzakirə olunacaq.

    Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər.

    #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #sammit #Alyaska #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    4 Noyabr 2025 19:18

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23
    Demo
    XƏBƏR LENTİ

    Bakıda hərbi parada hazırlıq keçirilir

    AFFA Neftçini cərimələyib

    Sudan bu gün bizə ehtiyac duyur - sabah gec ola bilər

    Türkiyənin sement ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    Şuşada Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib

    Türkiyənin hazır geyim ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.