BAKI,AzerVoice, Nailə Babazadə
ABŞ-nin Venesuelaya əməliyyatına Elon Maskdan dəstək gəldi. Mask Venesuelaya 1 ay ərzində Starlink vasitəsilə pulsuz internet veriləcəyini bildirib.
AzerVoice xəbər verir ki, məşhur milyarder Elon Mask ABŞ-nin yanvarın 3-də Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra, öz şirkəti Starlink vasitəsilə ölkəyə 1 ay pulsuz internet təqdim edəcəyini açıqlayıb.
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb. Maduroya qarşı “amansız bir tiran” ifadəsini işlədən Mask, özünə məxsus X sosial media platformasında “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” sözlərini paylaşıb.
