Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.

    AzerVoice Qərbi Azərbaycan İcmasına istinadla ABŞ-ın vitse-prezidentinə ünvanlanan müraciətin mətnini təqdim edir:

    “Hörmətli cənab Vens,

    Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.

    “Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.

    Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmizdən Vatikana çoxsaylı yüksəksəviyyəli səfərlər edilmişdir.

    Keçən il Bakıda “İsa Məsihin son Zaman Müqəddəsləri Kilsəsi”sinin Bakı ofisinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda, Bakıda ikinci katolik kilsəsinin inşası nəzərdə tutulur.

    Keçmiş Sovetlər İttifaqının rəhbərliyinin cinayətkar laqeydliyi ucbatından 1987-ci ildən başlayaraq Ermənistanda Qərbi azərbaycanlılar deportasiyaya məruz qalmış, kəndləri, yurd yerləri boşaldılmış, yandırılmış, talan olunmuş, məscidləri, mədəni irsi dağıdılmışdır. Qərbi azərbaycanlıların mədəni irsi mənimsənilmiş, tarixi saxtalaşdırılmışdır. Xüsusilə, İrəvanda azərbaycanlılara məxsus Göy Məscidin mahiyyəti dəyişdirilmişdir.

    Qərbi azərbaycanlılar bu illər ərzində Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar da, heç vaxt Ermənistandakı öz dədə-baba yurdlarını unutmamış, daim ora dönmək arzusu ilə yaşamışlar.

    Qərbi azərbaycanlıların Ermənistana heç bir ərazi iddiası yoxdur, onlar Ermənistanın suverenliyinə qarşı çıxmırlar. Tam əksinə, Qərbi azərbaycanlılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla dayanıqlı sülhə nail olmaq siyasətini, eləcə də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə inkişaf edən Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəkləyirlər.

    Biz 2025-ci il 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton görüşünü, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.

    Biz, həm də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunmuş tərəqqini, iki ölkə arasında etimad quruculuğu tədbirlərini, o cümlədən ticarət əlaqələrinin başlanmasını tam dəstəkləyirik.

    Biz, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun tezliklə reallaşmasını gözləyirik.

    Hörmətli cənab Vens,

    Son vaxtlar, həm də, sizin administrasiyanız sayənizdə əldə olunmuş bütün bu nailiyyətlər bizdə belə bir inam yaradır ki, Qərbi azərbaycanlılar uzun həsrətdən sonra Ermənistandakı öz dədə-baba yurdlarına dönəcək, dağıdılmış yurd yerlərini, evlərini bərpa edəcək, yenidən qəbiristanlıqlarını ziyarət edəcək, məscidləri bərpa edəcək.

    Bunun üçün bizim bütün tərəqqipərvər bəşəriyyətin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyacımız vardır.

    Biz inanırıq ki, sizin regiona səfəriniz iki dövlət, iki xalq arasında münasibətlərin normallaşması, iqtisadi-ticarət əlaqələrinin güclənməsi, nəqliyyat əlaqələrinin başlanması prosesinə böyük töhfə verəcəkdir”.

    #Azərbaycan #Prezident İlham Əliyev #ABŞ #Ermənistan #Donald Tramp #İrəvan #Qərbi Azərbaycan İcması #Vaşinqton #Vatikan #Cey Di Vens #Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu #Göy Məscid
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

    8 Fevral 2026 22:07

    Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

    8 Fevral 2026 21:40

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

    8 Fevral 2026 21:34

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Bakı-Sumqayıt şosesində təmir səbəbindən bir neçə əsas istiqamətdə nəqliyyat sıxlığı yaranıb

    8 Fevral 2026 15:13

    Ordumuzun həftəlik fəaliyyətinə dair icmal

    8 Fevral 2026 13:34

    Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazandı

    8 Fevral 2026 12:30

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

    8 Fevral 2026 11:37

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerasında olublar

    8 Fevral 2026 11:21

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

    8 Fevral 2026 11:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

    8 Fevral 2026 11:06
    Demo
    XƏBƏR LENTİ

    9 Fevral: Nəvainin Doğumu və BƏƏ-nin Mars Zəfəri - Tam Xronika

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

    Viktor Hüqo və Quran: Fransız ədibinin islama baxışını dəyişən ruhani şok

    Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

    Enuma Elişdən Bibliyaya: Mesopotamiya miflərinin izi ilə

    "Mançester Yunayted" "Yuventus"un futbolçusunu istəyir

    Rusiya neftinə son, Venesuela və ABŞ-a "hə": Hindistanın yeni enerji strategiyası

    Akademiyadan Diyanət rəhbərliyinə: Ali Erbaşın həyat yolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.