Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Ukrayna tərəfi Rusiyanın paytaxt Kiyev və Xarkiv şəhərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hava hücumları həyata keçirdiyini bildirib.

    AzerVoice xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında verdiyi açıqlamada, Rusiya ordusunun paytaxta PUA hücumu təşkil etdiyini qeyd edib.

    Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə uşaq bağçası və bir neçə yaşayış binası zərər görüb, ilkin məlumata əsasən iki nəfər yaralanıb.

    Xarkiv şəhərinin meri İqor Terexov isə bildirib ki, Rusiya qüvvələri gecə və səhər saatlarında şəhəri raket atəşinə tutub. Hücumlar nəticəsində bir sıra infrastruktura ziyan dəyib, hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı rəsmi məlumata görə, Rusiya ordusu Ukrayna ərazisinə qarşı 2 ədəd “İskəndər-M” tipli ballistik raket və “Şahed”, “Gerbera” və “İtalmas” tipli ümumilikdə 183 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

    Açıqlamada qeyd olunub ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 156 PUA-nı zərərsizləşdirib. Hücum zamanı raketlər və digər PUA-lar ölkə üzrə 16 müxtəlif nöqtəyə düşüb.

    Ukrayna rəsmiləri vəziyyətin nəzarət altında olduğunu bildirərək, əhalini hava həyəcanı siqnallarına ciddi yanaşmağa çağırıb.

    #Rusiya #Moskva #Ukrayna #PUA #Kiyev #pilotsuz uçuş aparatları #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Xarkiv
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    Azərbaycan ərazisindən Ermənistana Rusiya taxılının növbəti partiyası göndəriləcək

    4 Fevral 2026 16:36

    Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlandı

    4 Fevral 2026 15:50

    25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

    1 Fevral 2026 15:52

    Ukraynada elektriklər kəsilib

    31 Yanvar 2026 15:15

    Macarıstan Ukraynaya yardım etmiyəcək - Orban

    31 Yanvar 2026 13:43

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    29 Yanvar 2026 17:32

    Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

    29 Yanvar 2026 16:17

    BƏƏ Prezidenti Moskvaya səfər edəcək

    28 Yanvar 2026 16:22
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.