Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Milli Məclis Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul etdi

    13 Fevral 2026 12:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəsini bir oxunuşda qəbul edib.

    AzerVoice-in məlumatına görə, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Bildirilib ki, 2025-ci ildə yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən ölkə üzrə bələdiyyələrin sayı 1 606-dan 685-dək azaldılıb. Qanunun icrasını təmin etmək üçün “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında komissiyalar yaradılıb və onların yerdəki fərdi tərkibinin təsdiqi, komissiyalara sədrlik edilməsi və karküzarlıq işinin təşkili Ədliyyə Nazirliyinə həvalə edilib.

    2025-ci ilin yanvarında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri olub. Seçkilər nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab edilib) üzrə 8 039 bələdiyyə üzvü seçilib. Yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib. Belə ki, qadınların sayı 3 148 (39 %), gənclərin sayı isə 2 007 nəfər (25%) olub.

    Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli Qərarı ilə “Bələdiyyələrə iş” informasiya sistemi (BİİS) haqqında Əsasnamə təsdiq edilib. Hazırda sistem yerli özünüidarəetmə orqanlarının fəaliyyətində operativliyin, səmərəliliyin,şəffaflığın, eləcədə saxlanılan məlumatların sistemliliyinin və əlçatanlığının təminində mühüm rol oynayır.

    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilaqədar BİİS-in strukturuna altsistem daxil edilib. Portalın altsisteminə daxil olan modullar vasitəsilə bələdiyyələrin gəlir və xərc istiqamətləri barədə məlumatların toplanılması, emalı, axtarışı, təhlili, ötürülməsi və yayımlanması, bütün bələdiyyə xərclərinin həyata keçirilməsi və bələdiyyələrin maliyyə hesabatlarının elektron formada tərtib edilməsi təmin olunacaq. Hazırda portalın hazırlanması üzrə işlər davam etməkdədir.

    2025-ci il aprelində dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumata əsasən, ölkə üzrə bələdiyyələrin gəlirləri əvvəlki il ilə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14.4 %) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib. Əldə olunan məlumata əsasən, 2025-ci ilin yekunları üzrə bu göstərici 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır.

    2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi (Gədəbəy bələdiyyəsi – “Yaşıl Gədəbəy”, İsmayıllı bələdiyyəsi – “İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi”, Oğuz bələdiyyəsi – “Oğuz-2025”, Xol Qarabucaq bələdiyyəsi – “Zəfər-Agro-2025”) yaradılıb ki, onların əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələlər əhatə edir.

    Mülki Prosessual Məcəllə və “İcra haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğun olaraq bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi ilə icraya yönəldə bilərlər. “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılaraq onlar tərəfindən icra sənədlərinin həmin kabinet vasitəsilə operativ şəkildə icraya yönəldilməsi, icra prosesinin izlənilməsi, həmçinin icraat materialları ilə real vaxt rejimində tanış olmaq imkanı təmin olunub.

    Hər il olduğu kimi 2025-ci ildə də bələdiyyələrə dövlət büdcəsindən maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsindən yerli büdcələr üçün nəzərdə tutulmuş dotasiya məbləği 7.5 milyon manat vəsait təşkil edib.

    Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

    #Azərbaycan #Bakı #Milli Məclis #Ədliyyə nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar yeni artımlarla birgə ödənildi

    13 Fevral 2026 14:10

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    13 Fevral 2026 14:05

    Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub

    13 Fevral 2026 12:42

    Nazirliyin nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər

    13 Fevral 2026 12:15

    Yanvar ayında 4 minə yaxın şəxsə əlillik təyin olunub

    13 Fevral 2026 12:14

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    “Sülh Körpüsü” təşəbbüsü - Azərbaycan və Ermənistan nümayəndələri bir araya gəlir

    13 Fevral 2026 11:41

    Rumıniyada 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı elan edilib

    13 Fevral 2026 09:30

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    12 Fevral 2026 17:00

    "Balkan qəssabı" ləqəbi ilə tanınan keçmiş Yuqoslaviya prezidentinin məhkəmə prosesi başladı

    12 Fevral 2026 02:00

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00
    XƏBƏR LENTİ

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar yeni artımlarla birgə ödənildi

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    Yanvarda Qazaxıstana hazır geyim tədarükü 55 faizdən çox geriləyib (ÖZƏL)

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub

    Milli Məclis Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul etdi

    Nazirliyin nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər

    Yanvar ayında 4 minə yaxın şəxsə əlillik təyin olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.