BAKI, AzerVoice, Fərid Mikayılov
Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Moskvaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Kreml Sarayında rəsmi mərasimlə qarşılayıb.
AzerVoice xəbər verir ki, rəsmi qarşılama mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.
Birgə foto çəkilişindən sonra ikitərəfli danışıqlara başlanılıb.
Kremlin yaydığı məlumata görə, görüşün gündəliyində Rusiya ilə BƏƏ arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamətləri, Yaxın Şərqdəki mövcud vəziyyət, eləcə də beynəlxalq gündəmin aktual məsələləri yer alır.
Danışıqlarda siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji əməkdaşlığı və regional təhlükəsizlik mövzularının müzakirə olunacağı gözlənilir.