BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ Konqresi, 2026-cı il Maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Qanunu (NDAA) çərçivəsində Suriyaya yönəlik Sezar Qanunu sanksiyalarını ləğv etmək üçün tənzimləmə üzərində çalışır. Qanun layihəsinə görə, sanksiyaların ləğvi müəyyən şərtlərə bağlı olacaq və ABŞ Prezidenti mövzu ilə bağlı hesabatları Konqresə təqdim etməlidir.
AzerVoice xəbər verir ki, hesabatlarda Suriyanın terror təşkilatları ilə mübarizə aparması, azlıqların hüquqlarına hörmət etməsi, qonşu ölkələrə qarşı birtərəfli hərbi fəaliyyət göstərməməsi və insanlıq əleyhinə cinayətlərin istintaqının aparılması təsdiqlənməlidir. Bu şərtlər ardıcıl iki dövrdə yerinə yetirilməzsə, sanksiyalar yenidən qüvvəyə minə bilər.
2019-cu ildə qüvvəyə minmiş Sezar Qanunu Bəşər Əsəd rəhbərliyindəki Suriyanın iqtisadi toparlanmasını məhdudlaşdırmaq məqsədi ilə tətbiq edilmişdi. Sanksiyaların ləğvi, 2025-ci ilin martında qurulan Prezident Əhməd Əş-Şəraa rəhbərliyindəki yeni hökuməti dəstəkləyəcək və ölkəyə xarici investisiya və yardımların geri dönməsinə imkan yaradacaq.
