Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə sabah Türk dövlətlərinin enerji nazirlərinə ev sahibliyi edəcək

    8 Dekabr 2025 12:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq.

    AzerVoice xəbər verir ki,Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.

    Toplantıya TDT Katibliyi, təşkilatın üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr – Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası qatılacaq.

    İki gün davam edəcək tədbir çərçivəsində 9 dekabrda Enerji İşçi Qrupu texniki toplantısı, 10 dekabrda isə nazir Alparslan Bayraktarın rəhbərliyi ilə Enerji Nazirləri Toplantısı keçiriləcək.

    Toplantıda bərpaolunan enerji mənbələri, neft və qaz, nüvə enerjisinin sülh məqsədli istifadəsi, ağıllı şəbəkələr, enerji saxlama texnologiyaları, hidrogen, karbon tutma, kritik minerallar və nadir torpaq elementləri kimi geniş enerji mövzularında fikir mübadiləsi aparılacaq.

    TDT çərçivəsində enerji sahəsində inteqrasiya və əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların da müzakirə olunacağı gözlənilir.

    #Qazaxıstan #Özbəkistan #Türk Dövlətləri Təşkilatının (TDT) #Qırğızıstan #TDT #Macarıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Şimali Kİpr Türk Respublikası #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Türkiyə Enerji Bazarı #TDT diplomatik münasibətlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Türkiyədən Özbəkistana avtomobil ixracı 65 milyon dolları keçib (ÖZƏL)

    18 Yanvar 2026 15:00

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    Keçən il Türkiyədən Qazaxıstana tekstil ixracı 80 milyon dolları keçib (ÖZƏL)

    18 Yanvar 2026 14:00

    Keçən il Türkiyədən Qazaxıstana dəri məhsulları ixracı artıb (ÖZƏL)

    18 Yanvar 2026 11:00

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Keçən il Türkiyədən Qazaxıstana polad ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    16 Yanvar 2026 16:32

    Ədliyyə Nazirliyində Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

    15 Yanvar 2026 15:17

    Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

    15 Yanvar 2026 14:11

    Keçən il Türkiyədən Qazaxıstana sement ixracı 8 milyon dolları keçib (ÖZƏL)

    15 Yanvar 2026 09:24

    Qırğızıstan və Özbəkistan əməkdaşlığı genişləndirir

    14 Yanvar 2026 13:12

    Keçən il Türkiyədən Özbəkistana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    14 Yanvar 2026 09:52

    Keçən il Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 146 milyon dolları keçib (ÖZƏL)

    13 Yanvar 2026 09:41
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.