BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMTTŞ) heyəti 14 ildən sonra ilk dəfə olaraq Suriyaya rəsmi səfər edib.
AzerVoice xəbər verir ki, Suriya Prezidenti Əhməd Əş-Şəraa, Təhlükəsizlik Şurasının üzvləri olan Çin, ABŞ, Rusiya, Böyük Britaniya və Fransanın da daxil olduğu 15 ölkənin nümayəndələrindən ibarət heyəti paytaxt Dəməşqdəki Xalq Sarayında qəbul edib.
Təhlükəsizlik Şurasının heyəti 14 ildən sonra ilk dəfə kollektiv şəkildə Suriyaya səfər edərkən, Prezident Şəraaya səfər zamanı Xarici İşlər naziri Əsəd Həsən Şeybani və bəzi kabinet üzvləri də müşayiət edib.
