Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Kanada hökuməti Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Ottavanın qərarı ABŞ-ın analoji addımına, eləcə də Suriya Prezidenti Əhməd əş-Şəraanın ölkədə sabitliyin bərpasına yönəlmiş addımlarına əsaslanır.

    Qərar cümə günü, uzun illər hakimiyyətdə olmuş Bəşşar Əsədin devrilməsinin birinci ildönümü ərəfəsində elan olunub.

    Kanada Xarici İşlər Nazirliyi eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının da “terror təşkilatı” statusundan çıxarıldığını bildirib. HTŞ Əsədi devirməkdə mühüm rol oynamış koalisiyaya liderlik edən qurum idi.

    “Bu addımlar müttəfiqlərimiz – Böyük Britaniya və ABŞ – tərəfindən verilən son qərarlarla uzlaşır və Suriya hökumətinin ölkədə sabitliyi irəli aparmaq, vətəndaşları üçün təhlükəsiz və inklüziv gələcək qurmaq, həmçinin regional sabitliyi möhkəmləndirmək və terrorla mübarizədə qlobal tərəfdaşlarla əməkdaşlıq səylərini əks etdirir,” – deyə bəyanatda vurğulanıb.

    Kanada Suriyanı 2012-ci ildə, Əsəd rejiminin demokratiya tələbli etirazları zorla yatırması və ölkənin vətəndaş müharibəsinə sürüklənməsindən sonra “terroru dəstəkləyən dövlət” kimi siyahıya salmışdı.

    HTŞ isə illərlə əl-Qaidə ilə əlaqələrinə görə sanksiyalara məruz qalmışdı. Lakin bir sıra Qərb dövlətləri qruplaşmanı yeni Suriya hökuməti ilə əməkdaşlığı asanlaşdırmaq üçün siyahıdan çıxarıb.

    Kanada hökuməti buna baxmayaraq Suriya ilə bağlı 56 şəxsə, Əsədin keçmiş hökumətinin rəsmiləri və devrilmiş prezidentin ailə üzvlərinə, qarşı sanksiyaların qüvvədə qaldığını bildirib.

    ABŞ isə Suriyaya qarşı sanksiyaların bir hissəsini iyunda dayandırmış, daha sonra noyabrda uzatmışdı. Bu, Prezident Əhməd əş-Şəraa ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ evdə keçirilən görüşdən sonra mümkün olmuşdu. Görüşdən bir neçə gün əvvəl ABŞ əş-Şəraanın artıq “qlobal terrorçu” kimi xüsusi təyinatlı siyahıda olmadığını açıqlamışdı.

    Bir zamanlar Suriyada əl-Qaidənin qoluna rəhbərlik edən əş-Şəraa, 2016-cı ildə təşkilatdan ayrıldıqdan sonra imicini dəyişməyə başlayıb. Əsədin devrilməsindən bu yana isə “Əbu Məhəmməd əl-Culani” ləqəbini tərk edərək doğma adı ilə çıxış edir və tolerant, inklüziv Suriya vizyonunu təbliğ edir.

    Suriya lideri bu il BMT Baş Assambleyasında da çıxış edərək ölkəsinin “yenidən dünya ölkələri arasında layiqli yerini bərpa etdiyini” bildirib və ABŞ, eləcə də Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirməyə çalışdıqlarını vurğulayıb.

    #Kanada #Suriya #Heyət Təhrir əş-Şam (HTŞ) #Əhməd əş-Şəraa #Suriya diplomatiyası #Kanada Xarici İşlər Nazirliyi #Əhməd əl-Şəra siyasəti #Suriyada demokratik islahatlar #Suriyada iqtisadi əlaqələrin gücləndirilməsi #BMT Baş Assambleyası çıxışı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərqdə silahlı qruplaşmaların "Qızıl Dövrü" bitir?

    26 Yanvar 2026 16:44

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    26 Yanvar 2026 11:42

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00

    Tramp Kanadanın Sülh Şurasında iştirak etmək dəvətinin geri götürüldüyünü açıqlayıb

    23 Yanvar 2026 10:10

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52
    Demo
    XƏBƏR LENTİ

    Dövlət Komitəsinin sədri Qobustanda yerləşən dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub

    Yerə inamı itirəndə gözümüzü göyə dikirik: Müasir cəmiyyətin 'Yadplanetli' təsəllisi

    Zəngin süfrə, böyük bərəkət: Yuxuda ziyafət verməyin gizli mənaları

    Ukraynanın təhlükəsizlik təminatları: mexanizmlər nələrdir və niyə yetərsiz qala bilər?

    Bosniya və Herseqovinanın XİN rəhbəri Türkiyəni qlobal siyasətdə supergüc adlandırıb

    Bu gün Leninqrad mühasirəsi sona çatıb

    Tarixdə bu gün - 27 yanvar

    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

    İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.