Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran çirklənməyə qarşı yeni yanacaq istehsal edir

    2 Dekabr 2025 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranda hava çirkliliyinin qarşısının alınması məqsədilə Tehran Neft Emalı Zavodunda Euro-5 standartlarına uyğun benzin istehsalına başlanacağı bildirilib.

    AzerVoice xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib. O, hava çirkliliyi ilə mübarizə üçün ciddi qərarların qəbul edildiyini açıqlayıb.

    Mühacirani gələn ildən etibarən Tehran Neft Emalı Zavodunda Euro-5 benzin istehsalına başlanacağını və bunun şəhərdəki hava çirkliliyinin azalmasına müsbət təsir göstərəcəyini bildirib.

    Sözçü ölkədə xüsusilə ətraf mühitlə bağlı qanunların tam şəkildə tətbiq olunmamasını tənqid edərək, hökumətin köhnə nəqliyyat vasitələrinin sürətli şəkildə utilizasiyasını diqqətlə izlədiyini qeyd edib.

    O həmçinin, ictimai nəqliyyat infrastrukturunun hələ də istənilən səviyyədə olmadığını və idxal edilən elektrikli nəqliyyat vasitələrinin də ehtiyacı qarşılamaq üçün kifayət etmədiyini vurğulayıb.

    İran Prezidenti Məsud Pezeşkianın hökumət proqramlarının ətraf mühitlə uyğunluğuna xüsusi həssaslıq göstərdiyini qeyd edib.

    “Prezident, avtomobil istehsalçıları ilə keçirdiyi görüşdə yanacağa qənaət edən avtomobillərin istehsalının artırılması barədə xəbərdarlıq edib. Hökumətin hibrid avtomobillərin sayını artırmaqla bağlı da planları var.” - deyə Mühacirani vurğulayıb.

    Euro-5 benzin və ya dizel ilə işləyən avtomobillər daha aşağı egzoz emissiyası səbəbilə Euro-4 mühərrikli nəqliyyat vasitələrinə nisbətən ətraf mühitə daha az zərər verir.

    #Tehran #Məsud Pezeşkian #hava çirklənməsi #Fatimə Mühacirani #çirkli çaylar #Neft emalı və ixrac #neft emalı zavodu #təmiz enerji siyasəti #çirkli hava xəbərdarlığı #Tehran Neft Emalı Zavodu #Avtomobil yanacağı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistanda 3 ildə 200 mindən çox tənəffüs yolu infeksiyası qeydə alınıb

    3 Dekabr 2025 15:37

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    İran Türkiyənin Van şəhərində konsulluq açacaq

    30 Noyabr 2025 16:20

    Hakan Fidan İrana rəsmi səfərə gedəcək

    29 Noyabr 2025 15:51

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    Şimal-Cənub dəhlizi Azərbaycan vasitəsilə formalaşır. Moskva və Tehran sabit marşrut seçirlər

    29 Noyabr 2025 09:26

    Qrip və çirkli hava səbəbi ilə İran məktəbləri onlayn təhsilə keçib

    26 Noyabr 2025 14:33

    Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb

    26 Noyabr 2025 13:32

    Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlanır

    25 Noyabr 2025 14:06

    İran Hirkan meşələrindəki yanğının söndürülməsi üçün xarici yardım istəyib

    22 Noyabr 2025 20:04

    İran beynəlxalq təşkilatlarda fəal iştirakı ilə iqtisadi imkanları genişləndirir - Pezeşkian

    22 Noyabr 2025 16:17

    İran Livanla əlaqələri inkişaf etdirmək üçün danışıqlara hazırdır - Ərəqçi

    22 Noyabr 2025 10:41
    Demo
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Almaniya Kansleri Prezident İlham Əliyevə zəng edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.