Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib.

    AzerVoice xəbər verir ki, Van İ, İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

    Danışıq zamanı Əraqçi Çini ölkəsindəki mövcud vəziyyətlə bağlı məlumatlandırıb.

    Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

    Çin XİN rəhbəri bütün tərəfləri təmkinli davranmağa, sülhü prioritet saymağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb. Van İ əlavə edib ki, Çin regional sabitliyin qorunması üçün konstruktiv rol oynamağa hazırdır.

    Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi ölkədəki etirazların xarici qüvvələrin təsiri ilə başladığını iddia edib, hazırda isə vəziyyətin nəzarət altına alındığını bildirib. O qeyd edib ki, İran mümkün xarici müdaxilələrə hazırdır, lakin diplomatik dialoqa açıq qalır. Əraqçi Çinin bölgədə sülh və sabitliyin təmin olunmasında daha fəal rol oynamasını dəstəklədiklərini də vurğulayıb.

    Qeyd edək ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi vəziyyətin ağırlaşması fonunda Tahranda başlayaraq qısa müddətdə ölkənin digər bölgələrinə yayılıb. Yanvarın 8-də paytaxtda vəziyyətin daha da gərginləşməsindən sonra hakimiyyət internetə çıxışı məhdudlaşdırıb.

    Rəsmi Tehran indiyədək ölən və yaralananlarla bağlı dəqiq statistika açıqlamasa da, ABŞ mərkəzli HRANA hüquq-müdafiə təşkilatı etirazlar zamanı 2 min 615 nəfərin həlak olduğunu, 18 min 470 nəfərin isə saxlanıldığını bildirib.

    #İran #Çin #Tehran #İran XİN #Abbas Əraqçi #Çin və İran əməkdaşlığı #İkitərəfli əlaqələr #Pekin #Çin Xarici İşlər Nazirliyi #Van İ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    11 Fevral 2026 13:14

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.