Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya ordusu Tabkada iki əsas neft yatağını nəzarətə götürdü

    17 Yanvar 2026 18:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriya ordusu son sutka ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Fərat çayının qərbində strateji mövqeləri SDQ nəzarətindən çıxarıb.

    AzerVoice xəbər verir ki, Suriya Silahlı Qüvvələri son 24 saat ərzində Deyr Hafir və Məskənə xəttində apardığı əməliyyatları uğurla başa çatdıraraq ərazini terrorçu qruplaşmalardan təmizləyib. Ordunun Tabka istiqamətində irəliləməsi nəticəsində Safyan və Əs-Savra neft yataqları, eləcə də Ər-Rəsafə yol qovşağı tam nəzarətə götürülüb. Bununla da SDQ-nin Fəratın qərbindəki əsas iqtisadi dayaqlarından biri kəsilib.

    Suriya Təhlükəsizlik Qüvvələri Fəratın qərb hissəsini hərbi zona elan edərək gecə saatlarında başlatdığı əməliyyatları qısa müddətdə nəticələndirib. Əldə edilən irəliləyiş fonunda ordu birlikləri SDQ-nin nəzarətində olan Rakka vilayətinə bağlı Tabka şəhəri istiqamətində hərəkəti davam etdirir və artıq vilayətin inzibati sərhədlərinə çatıb.

    Suriya Müdafiə Nazirliyinin Hərbi Əməliyyatlar Komandanlığı Tabka kənd ərazilərində aparılan əməliyyatlarla bağlı məlumat yayaraq bildirib ki, Safyan neft yatağı, Əs-Savra neft yatağı və Ər-Rəsafə qovşağı üzərində tam nəzarət təmin edilib. Rəsmi açıqlamada bu ərazilərin həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Yeraltı enerji ehtiyatlarının nəzarətə götürülməsi Suriya ordusunun enerji təhlükəsizliyi baxımından mühüm uğuru kimi qiymətləndirilir.

    Suriya ordusu YPG/SDQ-yə qarşı əməliyyatları Fərat çayı boyunca genişləndirərək Rakkanın cənubu və Tabka bəndi istiqamətində yeni cəbhə açıb. Hərbi mənbələrin məlumatına görə, əməliyyatlar mərhələli şəkildə davam etdiriləcək.

    Əməliyyatların davam etdiyi Tabka bölgəsi ilə bağlı Suriya Ordusunun Hərbi Əməliyyatlar Komandanlığı üç ayrı əməliyyat xəritəsi yayımlayaraq mülki əhaliyə çağırış edib. Bildirilib ki, müəyyən edilən ərazilər terrorçu qruplar tərəfindən hücumların planlaşdırılması üçün istifadə olunur və mülki şəxslərin təhlükəsizliyi məqsədilə həmin zonalardan uzaq durmaları vacibdir.

    Rəsmi bəyanatda vurğulanıb ki, qeyd olunan ərazilər PKK və SDQ silahlı qrupları, eləcə də keçmiş rejimin qalıqları tərəfindən Suriya əhalisi və orduya qarşı terror fəaliyyətləri üçün istifadə olunub.

    Yayımlanan əməliyyat xəritələrindən birincisində Tabka şəhəri ərazisində əsas yol ayrıcıları və ətraf tikililər hədəf kimi göstərilib. Hərbi mənbələr bu nöqtələrin terrorçu qruplar tərəfindən komanda mərkəzi kimi istifadə edildiyini bildirib. Digər xəritədə isə Fərat çayı boyunca uzanan sıx yaşayış massivlərinin hərbi mövqeyə çevrildiyi qeyd olunub və mülki şəxslərdən təhlükəsiz zonalara keçmək tələb edilib.

    Üçüncü xəritədə isə coğrafi baxımdan strateji yarımada ərazisinin SDQ/YPG tərəfindən silah-sursat və idarəetmə mərkəzi kimi istifadə edildiyi açıqlanıb.

    #Suriya ordusu Tabkada iki neft yatağını nəzarətə götürdü #SDG Fəratın qərbində əsas mövqelərini itirdi #Tabkada strateji neft sahələri Suriya ordusunun nəzarətinə keçdi #Suriya ordusu Rakka istiqamətində irəliləyir #Safyan və Əs-Savra neft yataqları azad edildi #Suriya ordusundan Tabkada mülki əhaliyə xəbərdarlıq #Suriye ordusu Tabka’da iki petrol sahasını ele geçirdi #SDG Fırat’ın batısındaki kritik alanları kaybetti #Tabka’da petrol sahaları Suriye ordusunun kontrolünde #Suriye ordusu Rakka yönünde ilerliyor #Safyan ve Es-Sevra petrol sahaları kurtarıldı #Suriye ordusundan sivillere acil uyarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

    Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

    DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.