Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

    13 Dekabr 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

    AzerVoice xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

    Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

    Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

    Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

    Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

    Müzakirələr ərzində “Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

    Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

    Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, “Orta Dəhliz” və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
    #Ermənistan #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #NATO #Polşa #Elçin Əmirbəyov #Malqojata Latkieviç-Pavlak #Radoslav Qruk #Qjeqoj Sxetına #Andjey Kovalski #Marçin Bosatski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Kallas von der Leyenin “diktator” olmasından şikayətlənir

    26 Yanvar 2026 09:44

    Daşaltı əməliyyatından 34 il ötür: faciə, qəhrəmanlıq və alınan qisas

    26 Yanvar 2026 09:25

    Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibənin dəqiq bitmə tarixini müəyyənləşdirə bilər - Zelenski

    25 Yanvar 2026 21:41

    Hikmət Qafarlı Avropa çempionatının Ukrayna – Litva matçına baş hakim təyin edilib

    24 Yanvar 2026 14:22

    ABŞ Vitse-prezidenti fevralda Ermənistan və Azərbaycana səfər edəcək

    24 Yanvar 2026 11:17

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    22 Yanvar 2026 17:25

    Ceyhun Bayramovun NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşdü

    22 Yanvar 2026 13:59

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    "Moody`s" Azərbaycanın investisiya reytinqini təsdiqləyib

    22 Yanvar 2026 11:54

    Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistanda dizel yanacağı qiymətinin endirildiyini elan etdi

    21 Yanvar 2026 19:41
    Demo
    XƏBƏR LENTİ

    Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

    Tarixdə bu gün - 29 yanvar

    Moskva Suriyada əldə olunan irəliləyişi alqışlayır

    ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb - SEPAH komandanı

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    Trampın İranla bağlı qərarını müəyyən edəcək altı amil hansılardır?

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.