Gemini
Bakı. AzerVoice :
Bakıda müşahidə edilən dumanlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə təsir edib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
AzerVoice xəbər verir ki,Mərkəzin əməkdaşları tərəfindən artıq məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib. Eyni zamanda, sürücüləri məlumatlandırmaq məqsədilə bütün elektron tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb.
Sürücülərdən yollarda diqqətli olmaları və müəyyən edilən sürət həddinə ciddi əməl etmələri xahiş olunur.