BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə ilin yanvar-noyabr aylarında elektrikli avtomobil bazarının lideri yerli marka Togg oldu.
AzerVoice xəbər verir ki, Togg, T10X və T10F modelləri ilə toplam 31 min 715 satış həyata keçirərək bazarın təxminən iyirmi faizlik payını ələ keçirdi. Bu dövrdə ikinci yerdə Tesla 29 min 955, üçüncü yerdə isə BYD 17min 639 satışla yer aldı. Bu üç marka elektrikli avtomobil bazarının ümumilikdə qırx yeddi tam beş faizini təşkil etdi. Kasım ayında da Togg 4 min 235 satışla aylıq liderliyini qoruyub, Tesla 2 min 535, BYD isə min 833 satışla ikinci və üçüncü sırada olub.
Ümumi avtomobil satışları bu ilin yanvar-noyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə on tam doqquz faiz artaraq 938 min 177 ədədə, yüngül ticarət avtomobilləri isə yeddi tam on üç faiz artaraq 238 min 603 ədədə çatıb. Bu dövrdə benzinli avtomobillərin satışı 442 min 650, hibrit avtomobillərin satışı 251 min 992, dizel avtomobillərin satışı 69 min 741, otogazlı avtomobillərin satışı 7 min 399, tam elektrikli avtomobillərin satışı isə 164 min 665 ədəd olub. “Uzatılmış məsafəli” elektrikli avtomobillər də daxil edildikdə, elektrikli avtomobil satışları yüz on bir tam dörd faiz artaraq 166 min 665 ədədə yüksəlib.
Hibrit avtomobillərin satışları yetmiş bir tam üç faiz artıb, plug-in hibrit satışları isə keçən ilin eyni dövrü ilə müqayisədə altı yüz əlli səkkiz tam doqquz faiz artım göstərib. Hibrit avtomobillər arasında ən çox satılan modellər BYD SEAL U (23 min 131), Toyota C-HR (22 min 181), Nissan Qashqai (17 min 575), Peugeot 3008 (14 min 157) və Toyota Corolla Cross (11 min 072) olub.
Tam elektrikli, uzadılmış məsafəli və hibrit avtomobillər birlikdə bazarın qırx dörd tam yeddi faizini təşkil edir. Beləliklə, Türkiyədə satılan hər 10 avtomobildən təxminən 4-ü elektrikli və ya hibritdir. Bu göstəricilər elektrikli və hibrit avtomobillərin Türkiyə bazarında sürətlə artan populyarlığını bir daha təsdiqləyir.
