Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Sudanda RSF tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında körpələrin də olduğu bildirilir

    7 Yanvar 2026 20:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Sudanda davam edən müharibə fonunda qadın və uşaqlara qarşı cinsi zorakılıq halları ilə bağlı yeni ağır iddialar gündəmə gəlib. Məlumata görə, Çevik Dəstək Qüvvələri (RSF) üzvləri tərəfindən törədildiyi bildirilən zorlamalar sistemli xarakter alıb və qurbanlar arasında azyaşlı körpələr də yer alır.

    AzerVoice xəbər verir ki, Gezira əyalətindən paytaxt Xartuma getmək istəyən Məryəm adlı qadın (adı dəyişdirilib) Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamada silahlı şəxslər tərəfindən avtomobildən endirildiyini və boş bir otaqda zorlandığını bildirib. Hadisədən sonra o, ailəsinin yanına qayıdıb.

    Ailəsinin sözlərinə görə, hücum edən şəxslər RSF üzvləri olub.

    Sudanın Darfur bölgəsində yerləşən əl-Faşir şəhərində də oxşar hadisələrin baş verdiyi bildirilir. Ümmü Gülsüm adlı tibb tələbəsi (adı dəyişdirilib) RSF qüvvələrinin hücumu zamanı ailə üzvlərinin öldürüldüyünü, daha sonra isə bir qrup qızın kütləvi şəkildə zorlandığını deyib.

    Bu ifadələr ötən ilin noyabrında Strategic Initiative for Women in the Horn of Africa (SIHA) tərəfindən açıqlanan hesabatla üst-üstə düşür. Hesabatda 2023-cü ilin aprelindən bəri Sudanın 14 əyalətində təxminən 1300 cinsi və gender əsaslı zorakılıq faktının sənədləşdirildiyi qeyd olunur.

    Məlumatlarda vurğulanır ki, zorakılıq təkcə ani hücumlarla məhdudlaşmır. Qadınların qaçırılaraq uzun müddət saxlanıldığı, məcburi əməyə və cinsi istismara məruz qaldığı bildirilir. Bəzi hallarda qadınların Sudan sərhədlərindən kənara çıxarılaraq qonşu Afrika ölkələrində satıldığı da iddia olunur.

    Bu cür zorakılıqların məqsədinin icmaları sarsıtmaq və əhalini yaşadıqları ərazilərdən didərgin salmaq olduğu bildirilir.

    Körpələrə qarşı zorakılıq iddiaları

    Omdurman Doğum Xəstəxanasının rəhbərliyinin açıqlamasına görə, xəstəxanaya daxil olan qurbanların sayı rəsmi qeydlərdən xeyli çoxdur. Bildirilib ki, iki yaşa qədər azı 14 qız körpə zorlanıb və bu faktlar qeyri-hökumət təşkilatları tərəfindən sənədləşdirilib.

    Həmçinin 11–23 yaş arası çoxsaylı qız uşağının hamiləlik səbəbilə xəstəxanaya müraciət etdiyi qeyd olunur. Bəzi hallarda tibbi müdaxilə mümkün olsa da, digər hallarda doğuşun baş verdiyi bildirilir.

    UNICEF isə 2024-cü ilin əvvəlindən bəri Sudanda uşaqlara qarşı 200-dən çox cinsi zorakılıq faktının qeydə alındığını, qurbanların bəzilərinin beş yaşdan da kiçik olduğunu açıqlayıb.

    Humanitar vəziyyət ağırlaşır

    Cinsi zorakılıq halları Sudanda dərinləşən humanitar böhran fonunda baş verir. World Food Programme maliyyə çatışmazlığı səbəbilə yanvar ayından etibarən Sudanda ərzaq paylarını azaltmaq məcburiyyətində qalacağını bildirib. Bu isə milyonlarla insanı aclıq riski ilə üz-üzə qoyur.

    Bu arada, Birləşmiş Krallıq RSF-in dörd yüksək rütbəli komandirinə kütləvi qətllər və cinsi zorakılıq iddiaları ilə əlaqədar sanksiyalar tətbiq edib.

    Qurbanlar üçün isə beynəlxalq səviyyədə atılan addımlar hələlik real təsir yaratmır. Məlumata görə, zərərçəkmiş qadınların cəmiyyətə reinteqrasiyası və psixoloji dəstəyi üçün ayrılan resurslar son dərəcə məhduddur.

    Qurbanların təhlükəsizliyi məqsədilə adlar dəyişdirilib.

    #Sudanda RSF tərəfindən kütləvi cinsi zorakılıq iddiaları yayılıb #Sudanda müharibə fonunda qadın və körpələr zorakılığa məruz qalır #RSF-in hücumları: Sudanda cinsi istismar faktları sənədləşdirilir #Sudanda humanitar böhran dərinləşir #zorakılıq halları artır #BMT qurumları Sudanda uşaqlara qarşı zorakılıqdan narahatdır #Sudan’da RSF tarafından toplu cinsel şiddet iddiaları #Sudan’da kadınlar ve bebekler savaşın hedefinde #RSF saldırıları cinsel istismar vakalarıyla gündemde #Sudan’daki insani kriz derinleşiyor #BM #Sudan’da çocuklara yönelik cinsel saldırıları doğruladı #Survivors recount mass sexual violence by RSF in Sudan #Reports emerge of infants among rape victims in Sudan #RSF accused of systematic sexual violence during war #Sudan crisis deepens amid sexual abuse allegations #UN agencies alarmed by sexual violence in Sudan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    12 Fevral 2026 21:08

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    12 Fevral 2026 20:10

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.