Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.

    AzerVoice xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.

    Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpinin səyləri ilə son dövrlərdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər.

    Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.

    Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək turizm əlaqələrinin yeni mərhələsi kimi Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

    O həmçinin yerli turizm sənayesinin çinli turistləri qarşılamaq üçün hazırlıq səviyyəsini artırmaq məqsədilə hazırlanmış “China Ready” proqramı haqqında məlumat verib, eləcə də ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbirinin iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlığın dərinləşməsi üçün vacib addımlardan biri olduğunu qeyd edib.

    Çinin Mədəniyyət və turizm naziri Sun Yeli öz növbəsində Azərbaycan və Çin arasında iqtisadi və siyasi münasibətlərinin son illərdə möhkəmlənməsi, bunun turizmə müsbət təsirləri, çinli turistlərin Azərbaycana səfər etmələri üçün Azərbaycanın turizm imkanlarının Çin bazarında tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə birgə fəaliyyətin və turizm sənayesi nümayəndələri arasında ikitərəfli əlaqələrin genişlənməsinin önəmini qeyd edib. Nazir Sun Yeli diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı faydalı tərəfdaşlıq üzrə inkişaf etdiyini, Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu diqqətə çatdırıb.

    Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

    Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin Xalq Respublikasının Haykou şəhərində keçirilən sərginin açılış mərasimində iştirak edib.

    Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.

    azərbaycan çin turizm əlaqələri citm 2025 azərbaycan milli stend fuad nağıyev sun yeli görüşü çin turizm bazarında azərbaycan viza rejiminin ləğvi turist axını china ready proqramı azərbaycan azərbaycan çində turizm nümayəndəliyi

    azərbaycan çin turizm əməkdaşlığı citm çinli turistlər üçün azərbaycan imkanları azərbaycan turizminin çin bazarında tanıdılması citm sərgisi azərbaycan ən yaxşı stend

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
    #Azərbaycan #Çin #İkitərəfli münasibətlərin inkişafı #strateji tərəfdaşlıq #Dövlət Turizm Agentliyi #CITM 2025 #Fuad Nağıyev #Azərbaycan–Çin turizm əlaqələri #viza rejiminin ləğvi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

    5 Fevral 2026 17:55

    Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

    5 Fevral 2026 17:41

    Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    5 Fevral 2026 17:38

    Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

    5 Fevral 2026 17:30

    Bakı Fond Birjasında İslam investisiyalarının səhm bazarı vasitəsilə cəlbi mövzusunda tədbir keçirilib

    5 Fevral 2026 17:17

    “Təhsildə özünüifadə” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

    5 Fevral 2026 16:48

    Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfərə hökm oxundu

    5 Fevral 2026 16:20

    "FNC BOKT" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    5 Fevral 2026 15:46

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    5 Fevral 2026 15:31

    Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib

    5 Fevral 2026 15:31

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    5 Fevral 2026 15:10

    Azərbaycanın mövqeyi Tayvan məsələsində beynəlxalq hüquq prinsiplərinə əsaslanır - Ceyhun Bayramov

    5 Fevral 2026 14:00
    Demo
    XƏBƏR LENTİ

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

    İran müharibə yox, danışıqlar istəyir - Tramp

    Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

    Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı görüntülər paylaşılıb

    Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.