Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Çin ABŞ-dan Maduronun dərhal azad edilməsini tələb edir

    4 Yanvar 2026 12:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib.

    Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.

    Qeyd edək ki, ABŞ Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronu şənbə günü Nyu-Yorkda həbs edərək həbsxanaya yerləşdirib. Vaşinqton eyni zamanda Venesuelada “keçid dövrünü idarə etmək” niyyətində olduğunu və ölkənin zəngin neft ehtiyatlarından istifadə edəcəyini açıqlayıb.

    Çin Xarici İşlər Nazirliyi şənbə günü ayrıca bəyanatla ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi addımları və prezidentə qarşı görülən tədbirləri kəskin şəkildə pisləyib. Pekin bu prosesdən “son dərəcə sarsıldığını” bildirib və əməliyyata qəti şəkildə qarşı çıxdığını vurğulayıb.

    Nazirlik açıqlamasında qeyd edib ki, ABŞ-nin açıq güc tətbiqi və hegemon xarakterli bu cür hərəkətləri beynəlxalq hüququ və Venesuelanın suverenliyini ciddi şəkildə pozur, Latın Amerikası və Karib hövzəsində sülh və təhlükəsizliyi təhdid edir.

    Çin ABŞ-ni beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə əməl etməyə çağırıb, digər dövlətlərin suverenliyinin və təhlükəsizliyinin pozulmasına son qoymağa səsləyib.

    #BMT #ABŞ #Çin #Nyu-York #Venesuela #Latın Amerikası #Nikolas Maduro #Karib dənizi hövzəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Maduronun azadlığa buraxılmasını tələb edir

    5 Yanvar 2026 12:53

    Türkiyənin F-35 proqramına qayıdışı NATO-nun təhlükəsizliyi üçün zəruridir - Ərdoğan

    5 Yanvar 2026 12:30

    Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

    5 Yanvar 2026 09:53

    Tramp Meksika və Kolumbiya ilə bağlı sərt bəyanatlar verdi

    5 Yanvar 2026 09:16

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    4 Yanvar 2026 22:01

    ABŞ Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətləri ləğv edib

    4 Yanvar 2026 20:23

    ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirilib

    4 Yanvar 2026 20:17

    Venesuela xalqının rifahı hər şeydən üstün olmalıdır - Roma Papası

    4 Yanvar 2026 19:57

    Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib

    4 Yanvar 2026 19:44

    “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəliş ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun deyil - İlham Əliyev

    4 Yanvar 2026 19:31

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

    4 Yanvar 2026 19:23
    Demo
    XƏBƏR LENTİ

    İran Maduronun azadlığa buraxılmasını tələb edir

    “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri açıqlanıb

    Prezidentə edilən hər təhdid Türkiyəyə qarşı yönəlib - Ömər Çelik

    Türkiyənin F-35 proqramına qayıdışı NATO-nun təhlükəsizliyi üçün zəruridir - Ərdoğan

    Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90000 sərnişin daşınıb

    Husanov Asiyanın ən yaxşı gənc futbolçusu seçildi

    Enerji səmərəliliyi siyasətinə uyğun olaraq Azərbaycanda LED lampaların istifadəsi genişlənir

    Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

    Su sistemlərində yeni təhlükə - amiplər dünya üzrə yayılır

    Sükutla məğlub olan səs-küy - elektron milçək sürüsü ilə necə davranmalı?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.