Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ÜST Nasser Xəstəxanasına edilən hücumları pisləyib

    26 Avqust 2025 10:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, İsrailin Qəzza zolağındakı Nasser xəstəxanasına hücumlarını pisləyərək, bu hücumların tibbi xidmətə məhdud çıxışı daha da çətinləşdirdiyini bildirib.

    AzerVoice xəbər verir ki, Ghebreyesus sosial şəbəkədəki paylaşımında, İsrail ordusunun Xan Yunisdəki Nasser xəstəxanasına həyata keçirdiyi iki hücumda dörd səhiyyə işçisi və beş jurnalist daxil olmaqla ən azı 20 nəfərin həlak olduğunu, 50 nəfərin, o cümlədən ağır xəstələrin xəsarət aldığını qeyd edib. Hücumlar nəticəsində xəstəxananın təcili yardım və cərrahiyyə bölməsinin yerləşdiyi əsas bina və təcili yardım pilləkənləri zədələnib. Ghebreyesus, “Qəzzada insanlar aclıq çəkərkən, onların məhdud sağlamlıq imkanları təkrarlanan hücumlarla daha da çətinləşir,” deyərək səhiyyə müəssisələrinə hücumların dərhal dayandırılmasını və atəşkəs çağırışını təkrarlayıb.

    Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda 5-i jurnalist olmaqla 20 fələstinli həlak olub. Misir televiziyasının canlı yayımında isə ikinci hücumun, ilk hücumda ölən və yaralananları təxliyyə etməyə çalışan mülki xilasetmə qrupları ilə jurnalistləri hədəf aldığı görüntüklənib. Bu hücumlar beynəlxalq hüquqa zidd olaraq səhiyyə müəssisələrinin və jurnalistlərin qorunması öhdəliyini sual altına alıb.

    Qeyd edək ki, İsrail ordusunun Nasser xəstəxanasına hücumları ÜST və digər beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə pislənilib. Ghebreyesusun bəyanatında səhiyyə sisteminin çöküşünə səbəb olan bu cür hücumların Qəzzada humanitar böhranı dərinləşdirdiyi vurğulanıb.

    #İsrail #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Tedros Adhanom Ghebreyesus #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #Nasser xəstəxanası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    İsrailin Avroviziya 2026-ya qatılmaması üçün 600 mindən çox imza toplandı

    12 Dekabr 2025 16:18

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    Antonio Quterreş İraqa səfər edib

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.