Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycanın gələcəyini müəyyən etdi – Sevil Mikayılova

    3 Oktyabr 2025 09:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, bu, yalnız bir seçki deyildi.

    "Bu, xalqın öz gələcəyini müəyyən etdiyi, dövlətçiliyini xilas etdiyi bir gün idi. Azərbaycanın müstəqilliyi real təhlükə altına düşdüyü, vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda xalq öz xilaskarına üz tutdu. Böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi, əslində, Azərbaycanın milli qurtuluş yoluna qədəm qoyması idi. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dövlətə və xalqa sədaqət andı içən Ulu Öndər Heydər Əliyev öz sözünə və vədinə sadiq qaldı. O, ölkəni böyük faciələrdən, xaosdan, dağılmaq təhlükəsindən xilas etdi. Sabitliyin bərpası, hüquqi dövlətin əsaslarının qoyulması, iqtisadi dirçəliş, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və ən əsası qlobal enerji layihələrinin reallaşdırılması Heydər Əliyevin Vətənə sədaqətinin, uzaqgörənliyinin və liderliyinin bariz nümunəsi oldu."

    S.Mikayılova əlavə edib ki, Ulu Öndər andiçmə mərasimində söylədiyi bu fikirlərlə tarixə möhür vurdu:

    "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm." Bu sözlər ömrünü Azərbaycanın güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə həsr edən dövlət adamının həyat kredosunu ifadə edirdi. Onun siyasi irsi bu gün də Azərbaycanın inkişafında əsas istiqamət kimi davam etdirilir."

    Deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri faciələrlə dolu oldu.

    "Vəzirov-Mütəllibov və daha sonra AXC-Müsavat iqtidarları milli maraqlara deyil, şəxsi ambisiyalara xidmət etdilər. Nəticədə Xocalı, Laçın, Şuşa kimi faciələr baş verdi, torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş müharibəsinin bir addımlığında idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hüquqi və siyasi-iqtisadi suverenliyin möhkəmlənməsi sürət qazandı. İlk növbədə ictimai-siyasi sabitlik təmin olundu, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı. Dövlətçiliyin əsas dayaqları bərpa olundu, ordu quruculuğu sahəsində ciddi islahatlar həyata keçirildi. Azərbaycan, nəhayət, öz gələcəyinə sahib çıxmağa başladı. 1991-1993-cü illər arasında ölkə faktiki olaraq idarəolunmaz hala gəlmişdi. Anarxiya, xaos və qeyri-peşəkar idarəetmə dövlətin mövcudluğunu sual altına almışdı. Xalq çıxış yolunu yalnız Heydər Əliyevin liderliyində görürdü. AXC-Müsavat iqtidarı isə acizliyini etiraf edərək, son anda məhz onun xilaskarlıq missiyasına sığındı. Bu, tarixi bir zərurət idi – xalqın iradəsi və Azərbaycanın gələcəyi bu missiyanın reallaşmasından asılı idi."

    S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı yaxşı bilirdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir.

    "Məhz buna görə 1992-ci ildə "91-lər"in təşəbbüsü ilə Heydər Əliyevə ünvanlanan dəvət məktubu, sonrakı illərdə isə xalqın təkidli istəyi, onu yenidən siyasi arenaya qaytardı. 1993-cü ilin iyununda Bakıya gələn Ulu Öndər, qısa müddətdə ölkədə sabitliyi bərpa etdi və Azərbaycanı parçalanmaqdan xilas etdi. Azərbaycanın müasir tarixində Ümummilli Lider Heydər Əliyevin rolu təkcə dövlət başçısı kimi deyil, həm də xalqın qurtuluş və inkişaf yolunun banisi kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində ölkə xaos, anarxiya, iqtisadi tənəzzül və separatizm təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın və hakimiyyət təmsilçilərinin israrlı tələbi ilə siyasi arenaya qayıdan Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyini xilas etdi."

    S.Mikayılova qeyd edib ki, 1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı dövlətin suverenliyinə və təhlükəsizliyinə real təhdid yaranmışdı.

    "Məhz bu kritik anda Ulu Öndər tərəddüd etmədən həyatını təhlükə altına ataraq Gəncəyə getdi və qiyamın qarşısını aldı. Bu addım, onun təkcə siyasi lider yox, həm də xalqı üçün canını təhlükəyə atmağa hazır olan vətənpərvər olduğunun əyani sübutu idi. Heydər Əliyevin fenomenallığı onun sadəcə müdrik və güclü lider olmasında deyil, həm də siyasətə sistemli və elmi yanaşmasında idi. Beynəlxalq təcrübəni milli maraqlarla birləşdirə bilən bu siyasət ustası, qlobal güclər arasında balanslaşdırılmış siyasət aparmağı bacarırdı. Onun nitqlərindəki dərin məntiq, auditoriyaya təsir etmə bacarığı və hər bir çıxışının milli maraqlara söykənməsi onu "siyasət nəhəngi"nə çevirmişdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, silahlı dəstələr zərərsizləşdirildi, cinayətkarlığa və korrupsiyaya qarşı ciddi mübarizə aparıldı. Onun təşəbbüsü ilə qəbul edilən 1995-ci il Konstitusiyası Azərbaycanın demokratik dövlət quruculuğunun hüquqi əsasını təşkil etdi."

    S.Mikayılova vurğulayıb ki, Heydər Əliyevin mühüm ideoloji miraslarından biri də azərbaycançılıq məfkurəsidir.

    "Bu ideologiya ölkə daxilində milli birliyi möhkəmləndirməklə yanaşı, dünya azərbaycanlılarını da vahid ideya ətrafında birləşdirdi. Azərbaycançılıq, milli-mənəvi dəyərlər, dövlətçilik düşüncəsi və müasir dünyagörüşünün sintezindən ibarət idi və bu gün də Azərbaycanın daxili və xarici siyasətində ideoloji baza rolunu oynayır. Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən neft strategiyası, Azərbaycanın beynəlxalq iqtisadi sistemdə yerini müəyyənləşdirdi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkəyə milyardlarla dollar investisiya cəlb etdi, iqtisadiyyatın inkişafına güclü təkan verdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələri Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırdı. Onun müəyyən etdiyi liberal iqtisadi model, sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına şərait yaratdı, iqtisadiyyatda sabitliyi təmin etdi. Bu model, eyni zamanda sosial yönümlü olmaqla əhalinin rifah halının yaxşılaşdırılmasına da yönəlmişdi."

    #Azərbaycan #Milli Məclis #Sevil Mikayılova #Ümummilli Lider Heydər Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

    17 Noyabr 2025 17:20

    Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində

    17 Noyabr 2025 15:03

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21

    Şəkidə din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

    17 Noyabr 2025 12:56

    “AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb

    17 Noyabr 2025 12:10

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    17 Noyabr 2025 11:44

    Türk Dünyası Avropa ilə dialoqunu gücləndirir: Polşada Türk Mədəniyyəti və İrsi Fondunun yeni mədəni-akademik təşəbbüslərinə start verilib

    17 Noyabr 2025 10:25

    Türkmənistanda Üzeyir Hacıbəylinin operettası böyük rəğbətlə qarşılanıb

    17 Noyabr 2025 09:25

    Orta Dəhliz regionunda Yeni Siyasi Harmoniya...

    16 Noyabr 2025 22:55

    Azərbaycanın idman tarixində ilk deflimpiya medalı

    16 Noyabr 2025 21:55

    Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşünün yekununda bir sıra sənədlər imzalanıb

    16 Noyabr 2025 14:11

    Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hikmət Hacıyev

    16 Noyabr 2025 13:22
    Demo
    XƏBƏR LENTİ

    Tramp Səudiyyə Ərəbistanına “F-35” qırıcılarının satışına razılıq verdi

    Türkiyə Yüzilinə heç bir güc əngəl ola bilməyəcək - Ərdoğan

    İsrailin təhlükəsizlik naziri Mahmud Abbasın həbsini tələb edib

    Bu Hitler İtaliyanın Yunanıstandakı fiaskosu sərt tənqid etmişdi

    Bu gün Jonestounda kütləvi intihar baş verdi

    Tarixdə bu gün – 18 Noyabr

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Neft bumu hamıya gülümsəyir festivalının açılışında iştirak edib

    Qara qutunun analizi 2 ay çəkəcək - Yaşar Gülər

    Tokayev Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçısı statusunun verilməsinin əhəmiyyətini qeyd edib

    Azərbaycan Ordusunda Milli Dirşəliş Günü qeyd edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.