Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Əməvilərdən Osmanlıya: Abbasilərin Beş Əsrlik Hakimiyyət Yolu

    3 Oktyabr 2025 18:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Xilafəti beş əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsidir. Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşul-muş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır.
    O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan və qeysanilər adlanan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar.
    O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
    Məhəmməd ibn Əli ibn Abdullah da onun bu çağırışını dəstəkləmiş, hicrətin 100-cü ilindən başlayaraq Əməvilərə qarşı yönələn təbliğata qoşulmuşdur.
    Əbu Həşimin ölümündən sonra, onun xəlifə Süleyman ibn Əbdül-Məlik tərəfindən zəhərləndiyi haqqında şayiələr yayılmışdır. Ölümündən öncə o, öz yerinə Məhəmməd ibn Əlini təyin etmişdir.

    Uzun müddət Abbasi dəvəti gizli həyata keçirilmişdir. Əməvilərə qarşı həlledici üsyanları Abbasilərin Kufədəki tərəfdarları təşkil etmişdirlər. Onların mərkəzi Xorasanda yerləşirdi. Hicrətin 124-cü ilində, Məhəmməd ibn Əlinin ölümündən sonra, onun oğlu İbrahim üsyançıların rəhbəri olmuşdur. 129-cu ildə o, keçmiş qul Əbu Müslüm adlı bir şəxsə Əməvilərə qarşı açıq silahlı üsyana çıxmaq əmrini vermişdir. O da, tərəfdarları ilə birlikdə Herat şəhərini ələ keçirmişdirlər.
    Hadisələrin bu istiqamətdə inkişaf etdiyini görən Əməvilər İbrahimi həbs etmişdirlər. O, zindanda öldürülmüş, başqa rəvayətlərə görə isə öz əcəli ilə vəfat etmişdir. Ondan sonra Əməvilərə qarşı üsyana Abdullah ibn Məhəmməd Əs-Səffah başçılıq etmişdir. Əbu Müslüm və onun tərəfdarları irəliləyərək 130-cu ildə Mərvi ələ keçirtmişdirlər. Əməvilər bu hücumların qarşısını ala bilməmiş və hakimiyyətdən uzaqlaşmağa məcbur qalmışdırlar. Onların sonuncu xəlifəsi Mərvan hakimiyyəti itirdiklərini görüb, Misirə qaçmış və 132-ci ildə orada öldürülmüşdür.

    Bu hadisələrin sonunda Abbasilər Xilafəti ələ keçirmişdir. Onların ilk xəlifəsi Abdullah ibn Məhəmməd əs-Səffah olmuşdur. Abbasilərin hakimiyyətə gəlməsindən sonra onların Əli Əbu Talibin varisləri ilə ixtilafları yaranmışdır. Çünki, onlar birbaşa Məhəmməd peyğəmbərin soyundan idilər. Buna görə də, Əli soyunun tərəfdarları onları xəlifə kimi görmək istəyirdilər. Əvvəl, Abbasilər Əli soyunun tərəfdarlarını təqib etmiş, sonralar isə bəzi xəlifələr onları özlərinə yaxın buraxmışdırlar. Abbasilər dövründə Xilafətdə fars mədəniyyətinin təsirləri də güclənmişdir. Abbasilər hakimiyyətini dörd dövrə ayırmaq mümkündür: yüksəliş; tənəzzül; Büveyhililərin təsiri altına düşmə (132/750 – 247/861); Səlcuqluların (467/1075 – 560/1194) təsiri altına düşməsi dövrləri.

    Beləliklə, ilk olaraq Abbasilərin yüksəlişi tənəzzüllə nəticələnmişdir. Tənəzzül dövründə onlar türk əsilli ordu başçılarının təsiri altına düşmüşdürlər. Elə o dövrlərdən, Xilafətin parçalanması prosesi başlamışdır. Bundan sonra Abbasilərin hakimiyyəti formal xarakter daşıyırdı. Həqiqətdə isə onlar öncə iranlı Büveyhilərin, daha sonra isə türk Səlcuqluların təsiri altına düşmüşlər.

    Səlcuq imperiyası dağıldıqdan sonra Abbasilər daha 60 il hakimiyyətdə qalmışdırlar. Onların xilafətdə hakimiyyətinə monqollar son qoymuşdur. Bundan sonra Abbasilər sülaləsinin nümayəndələrini məmlüklər (II) Misirə dəvət etmiş, onların xəlifəliyini formal olaraq tanımışlar. Hicri X/XVI əsrdə isə osmanlı sultanı I Səlim Misirdə məmlüklərin hakimiyyətinə son qoymuş, Misirə gələrək sonuncu Abbasi xəlifəsi hesab edilən Mütəvəkkildən xəlifəliyi almışdır. Bundan sonra Osmanlı sultanları bütün müsəlmanların xəlifəsi olmuşdurlar. Bu hadisədən sonra Abbasilər dövrü bitmişdir.

    #İslam tarixi #Abbasilər #Bunu bilirsinizmi? #Abdullah ibn Zübeyr #Hüseyn ibn Əli #Abbasilər xilafəti haqda nə bilirik? #Abbasilər xilafəti #Abbas ibn Əbdülmüttəl #Əməvilər xilafəti #Muxtar Səqəfi #Məhəmməd ibn Əli ibn Abdullah #Süleyman ibn Əbdül-Məlik #Kufə #Əbu Müslüm #Abbasilər dövründə Xilafətdə fars mədəniyyətinin təsirləri #Səlcuqlular #Osmanlı sultanları #Abbasi xəlifəsi Mütəvəkkil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türklərin Anadoluya gəlişi necə baş verdi?

    1 Yanvar 2026 13:02

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45
    Demo
    XƏBƏR LENTİ

    Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

    Osmanlı dövlətində şeyxülislam necə müəyyən edilirdi?

    Səudiyyə Ərəbistanında keçirilən hərbi təlim başa çatıb

    QatarEnergy Livan sahillərində yeni kəşfiyyat blokunda pay alır

    Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

    Beynəlxalq hüquq məni məhdudlaşdırmır - Tramp

    Səudiyyə XİN İsrail rəsmisinin Somalilanda səfəri ilə bağlı birgə bəyanat yayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.