BAKI,AzerVoice, Fərid Mikayılov
Uzun müddətdən sonra bu mövzularda Türkiyə ilə fikir mübadiləsi aparmaq çox faydalı oldu.
AzerVoice xəbər verir ki, bu barədə, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-leytenant Əziz Nasirzadə bildirib.
Nazir Ankaraya səfərinin nəticələrini yüksək qiymətləndirərək, əsas müzakirələrin sərhəd təhlükəsizliyi, bölgədə İsrail rejiminin yaratdığı təhdidlər və Suriya məsələləri üzərində cəmləşdiyini açıqlayıb.
“İki tərəfin ortaq mövqeləri fərqlərindən qat-qat çoxdur” – deyə Nasirzadə vurğulayıb.
Bu açıqlama, İran və Türkiyənin regional məsələlərdə, xüsusilə sərhəd təhlükəsizliyi və Suriya böhranı kontekstində əməkdaşlıq imkanlarını ön plana çıxarır.
Nasirzadə ABŞ-ın bölgəyə hərbi texnika yerləşdirməsinə də münasibət bildirib.
“Bu silah daşımaları olsun və ya olmasın, biz hər zaman ölkəmizi müdafiə etməyə hazır olmalıyıq”- deyə o bildirib.
Nazir vurğulayıb ki, düşmənlər daima hücum təhdidlərini qabardaraq iqtisadi sabitliyi pozmaq istəyirlər.
“Əgər müharibə zorla qəbul etdirilərsə, biz əsgər olaraq müdafiə edəcəyik. Necə ki, 12 günlük müharibədə düşmən atəşkəsə məcbur oldu”- deyə Nəsirzadə qeyd edib.