BAKI, AzerVoice
NATO kosmik sahədə ilk kommersiya strategiyasını təsdiqləyib.
AzerVoice xəbər verir ki, NATO Müdafiə
Nazirləri Alyansın kommersiya kosmos sektorunda fəaliyyətini
genişləndirməyə yönəlmiş ilk “Kommersiya Kosmos Strategiyası”nı
təsdiq ediblər.
Sənədin əsas məqsədi bürokratik maneələri azaldaraq, NATO ilə
kosmos şirkətləri arasında əməkdaşlığı daha da
sürətləndirməkdir.
NATO-nun yaydığı açıqlamada bildirilir ki, strategiya bu ilin fevralında Brüsseldə keçirilən Müdafiə Nazirləri Toplantısında qəbul olunub. Bununla yanaşı, nazirlər “Yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı” və “Sürətli Uyğunlaşma Tədbirləri Planı” adlı iki mühüm sənədin də təsdiqinə razılıq veriblər. Hər iki plan müdafiə sənayesinin istehsal gücünü artırmaq və yeni texnologiyaların müdafiəyə daha çevik inteqrasiyasını təmin etməyə yönəlib.
Qeyd edək ki, NATO-nun kommersiya kosmos strategiyası Alyansın kosmos sahəsində özəl sektorla əməkdaşlıq imkanlarını artırmaq yönündə atdığı ilk genişmiqyaslı addım hesab olunur.