Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rus pilotsuz təyyarəsi Polşada partladı - NATO hərəkətə keçdi

    21 Avqust 2025 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Polşada Rusiyaya məxsus pilotsuz təyyarənin qəzaya uğrayaraq partlaması NATO-nu hərəkətə keçirib.

    AzerVoice xəbər verir ki, Polşanın şərqindəki Lukov qraflığının Osiny şəhərində qarğıdalı tarlasına düşərək partlayan obyektin Rusiyaya aid pilotsuz uçuş aparatı olduğu müəyyənləşdirilib.

    Polşanın PAP agentliyinin məlumatına görə, partlayış Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ancaq bəzi evlərin şüşələri sınıb. Hadisə yerində metal və plastik qalıqları aşkarlanıb.

    Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlamasında, “Rusiyanın təxribatı ilə qarşı-qarşıyayıq”- deyə bildirib və oxşar halların Moldova, Rumıniya, Litva, Latviya və Bolqarıstanda da baş verdiyini xatırladıb. Nazir əlavə edib ki, bütün hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib və diplomatik addımlar atılacaq.

    Polşanın xarici işlər naziri Radoslav Sikorski isə “Hava məkanımızın şərqdən pozulması, NATO daxilində ən mühüm missiyamızın ərazimizin müdafiəsi olduğunu göstərir” - deyə vurğulayıb.

    Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı hava məkanının Ukrayna və Belarus tərəfindən pozulmadığını, lakin təhlükəsizlik məqsədilə nəzarətin gücləndirildiyini açıqlayıb.

    #Rusiya #Ukrayna #PUA #NATO #Polşa #pilotsuz uçuş aparatları #Rusiya- Polşa münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Brüssel Hava Limanı dron təhlükəsi səbəbindən bağlanıb

    5 Noyabr 2025 09:55

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    4 Noyabr 2025 19:18

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    ABŞ dronları hava məkanımızı pozur - Əfqanıstan

    3 Noyabr 2025 14:41

    OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

    3 Noyabr 2025 09:23

    Türkiyədən Rusiyaya mebel ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayrağının rənglərinə bürünüb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    44 bədii filminin çəkilişləri başa çatıb

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı 146 mini keçib (ÖZƏL)

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.