Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Su kainatda düşündüyümüzdən çox daha erkən əmələ gəlmiş ola bilər

    23 Avqust 2025 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Yeni araşdırma göstərir ki, həyatın əsas tərkib hissələrindən biri olan su, kainatda əvvəllər düşünüləndən çox daha erkən əmələ gəlmiş ola bilər.

    AzerVoice xəbər verir ki, bu nəticəyə Portsmut Universitetindən kosmoloq Daniel Whalen və komandası ilkin kainat şərtlərini nəzərə alaraq ulduzların virtual partlayışlarını simulyasiya etməklə gəlib.

    Tədqiqatın nəticələrinə görə, suyun əmələ gəlməsi üçün şərait kainatın yaranmasından cəmi 100 milyon il sonra mövcud olub. Böyük Partlayışdan sonra hidrogen, helium və litiumun birləşməsi ilk ulduzları meydana gətirmiş, bu ulduzların partlayışı isə oksigen kimi ağır elementləri kainata yaymışdır. Simulyasiyalar göstərir ki, partlayışların ilk saniyələrində temperatur və təzyiq ulduz qazlarının oksigenə çevrilməsi üçün kifayət qədər yüksək olub, nəticədə ayrılan qazlar soyuyaraq su molekullarının əmələ gəlməsinə şərait yaradıb.

    Tədqiqatçılar qeyd edirlər ki, partlayışların qalıqları sıx metal diskləri əmələ gətirərək yeni ulduzlar və qayalı planetlərin meydana gəlməsinə imkan yarada bilər. Eyni zamanda, bir bölgədə bir neçə belə partlayışın baş verməsi suyun əmələ gəlməsi və kondensasiyasını artırır.

    Araşdırma göstərir ki, ilk qalaktikalarda əmələ gələn suyun miqdarı Süd Yolu qalaktikasında mövcud olan sudan yalnız 10 dəfə az olub, bu isə kainatın əvvəlkindən daha çox su ehtiyatına malik olduğunu ortaya qoyur.

    Bu tədqiqat “Nature Astronomy” jurnalında dərc olunub.

    #kosmos #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #kosmik kəşflər 2025 #Kosmik müşahidələr #Yerdəki suyun mənşəyi #2025 kosmik hadisələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

    19 Oktyabr 2025 12:00

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Qəzza atəşkəs planının ikinci mərhələsinə keçir - ABŞ rəsmisi

    Venezuelada buraxılan məhbusların sayında ziddiyyətlər var

    Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

    Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

    Starlink İranda ödənişsiz elan edildi

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

    XİN: TRIPP marşrutu ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.