Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Gürcüstan yolayrıcında: suveren iradə geosiyasi realizm məngənəsində

    25 Avqust 2025 16:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Dünyanın böyük siyasi teatrında dövlətlər öz rollarını ifa edir, amma pərdəarxasında həqiqi rejissorlar - supergüclərdir. Bu tamaşada kiçik xalqların faciəsi çox vaxt seçim illüziyasında gizlənir. Qədim sivilizasiyaların qovşağında yerləşən Gürcüstan bu gün özünü suverenliklə “açıq cəmiyyətlər” layihəsi arasında sıxılmış vəziyyətdə tapıb. Bir tərəfdə klassik Vestfal suverenliyi, digər tərəfdə isə postmodernist “deep state” konsepsiyası - sərhədlərin iqtisadi, ideoloji, mədəni cəhətdən silindiyi yeni dünyagörüşü dayanır. Tbilisi ətrafında qoparılan qalmaqal heç də təsadüfi etiraz dalğası deyil, əksinə, incə hesablanmış konformizmə məcburetmə kampaniyasıdır. Gürcü xalqının “neytral amma milli” seçim cəhdinə verilən cavab budur.

    AzerVoice BakuNetwork-a istinadla xəbər verir ki, Gürcüstan hökumətinin açıqlamaları və Avropa institutlarının hərəkət trayektoriyası sadəcə diplomatik dartışma deyil. Burada söhbət əsl hibrid kampaniyadan gedir. “Soft power” - yumşaq güc - indi artıq sərt təzyiq alətinə çevrilib. Bu, filosof Mişel Fukonun terminləri ilə desək, “biopolitikanın canlı təzahürüdür”: cəmiyyətlərin “demokratiya” və “dəyərlər” şüarı altında idarə olunması, amma əslində güc siyasətinin sərt reallıqları.

    Təzyiqin anatomiyası: Şantajdan sosial mühəndisliyə qədər
    2022-ci ildə Gürcüstan rəhbərliyi tarixi addım ataraq Rusiya ilə müharibəyə cəlb edilməkdən imtina etdi. Bu, “Kollektiv Qərbin” yaratdığı mifdən fərqli olaraq nə zəiflik, nə də Moskva yönümlü siyasət idi. Bu, 2008-ci ilin avqust faciəsindən dərs almış dövlətin milli özünümühafizə aktı idi. Baş nazir İrakli Kobaxidzenin sözləri ilə desək, cavab “tamamilə görünməmiş şantaj” oldu.

    Birinci mərhələ - siyasi-institusional
    Gürcüstana namizədlik statusunun verilməməsi və daha sonra bu qərarın əsassız olduğunun etirafı klassik “moving the goalposts” - yəni qaydaların oyunun ortasında dəyişdirilməsi - nümunəsidir. Məqsəd inteqrasiya yox, itaətdir. Şərtlər yerinə yetirilir, amma hər dəfə yeniləri icad olunur. Əsl hədəf Kopenhagen meyarlarının icrası yox, Atlantik sistemin tam qəbuludur.

    İkinci mərhələ - iqtisadi-sosial
    Avropa Birliyinin “şərqdəki çomağına” çevrilmiş Polşanın Gürcüstan vətəndaşlarını sadələşdirilmiş əmək bazarı siyahısından çıxarması - məqsədli cəza aktıdır. Məram aydındır: Avropadan qazanc götürən gürcüləri bu imkandan məhrum etməklə ölkə daxilində narazı təbəqə yaratmaq. Bu təbəqə isə kənardan idarə olunan etirazların təbii bazasına çevrilir. Başqa sözlə, iqtisadi axınların manipulyasiyası ilə cəmiyyətin siyasi davranışına təsir.

    Burada seçicilik də diqqət çəkir. “Avtoritar” damğası vurulmuş Belarus vətəndaşlarının hüquqları qalır, Ermənistanın çoxvektor siyasətinə göz yumulur. Gürcüstan isə müharibə məsələsində “yox” dediyi üçün cəzalandırılır. Eyni vaxtda Varşava açıq deyir: gürcülərin əvəzinə ukraynalı işçilər gətiriləcək. İnsan talelərinin bu qədər “mübadilə predmeti” kimi görülməsi isə oyunun nə qədər soyuq və mexaniki aparıldığını göstərir.

    Üçüncü mərhələ - informasiya və diskurs
    Polşada gürcülərin “kriminal meyilli” kimi təqdim olunması - ictimai rəyi hazırlamaq üsuludur. Növbəti addım - vizasız rejimin ləğvi, kütləvi deportasiyalar. Bu, qədimdən məlum texnikadır: düşməni demonizasiya et ki, onun üzərinə gələn cəza haqlı görünsün.

    İrəliləyişin ironiyası: Hegemonun icazəsi olmadan qazanılmış uğurun paradoksu

    Ən qəribə məqam odur ki, Gürcüstana qarşı təzyiq dalğası onun uğurları fonunda güclənir. Beynəlxalq qurumların etiraf etdiyi bu faktı “Chandler Yaxşı İdarəetmə Hesabatı 2025” tam şəkildə təsdiqləyir. BMT, Dünya Bankı və BVF məlumatlarına əsaslanan bu sənəd Tbilisinin portretini çəkir: sadəcə sabit deyil, həm də dinamik inkişaf edən dövlət. Gürcüstan bir sıra əsas indekslərdə hətta Avropa İttifaqı və NATO üzvlərini - o cümlədən Polşanı geridə qoyur.

    “Güclü institutlar” indeksi - 63%, dünya üzrə 34-cü yer: Gürcü dövlətçiliyinin möhkəm və işlək olduğunu göstərir.
    “Cəlbedici bazar iqtisadiyyatı” indeksi - 63.2%, 31-ci yer: uğurlu liberal iqtisadi kursun, biznes üçün hüququn aliliyinin sübutudur.
    “Qanunvericiliyin və siyasətin etibarlılığı” indeksi - 70%, 26-cı yer: Brüsselin “antidemokratik rejim” ittihamlarını alt-üst edir.

    Beləliklə, yaranan paradoks aydındır: Gürcüstan uğursuzluğa görə yox, məhz uğura görə cəzalandırılır. Amma bu uğur hegemon mərkəzlərin diqtəsindən kənarda qazanılıb. “Gürcü Arzusu” modelinin əsasları - praqmatik suverenlik, milli dəyərlərə söykənmək, çoxvektorlu iqtisadi kurs - Qərbin “kor-koranə direktiv” modelindən daha səmərəli nəticə verib. Bu isə hegemoniyaya açıq çağırışdır. Alternativ modelin uğuru Brüsselin vahid ideoloji şablonunu sarsıdır, göstərir ki, o nə yeganədir, nə də mütləq.

    Vizanın ləğvi ilə hədələmək, bunu LGBT gündəmi və ya “xarici agentlər” qanununa bağlamaq - əslində ideoloji zəncirdən başqa bir şey deyil. Gürcüstanın paytaxt meri Kaxa Kaladzenin dediyi kimi, “ailə dəyərləri ilə Avropa sərhədlərinin təhlükəsizliyi arasında uydurulan əlaqə - absurddur”. Burada söhbət dəyərlərin zorla qəbul etdirilməsindən gedir. Milli kimlik kosmopolit konstruksiyaya, ənənəvi ictimai dayaqlar radikal liberal eksperimentə qurban verilməlidir. Gürcüstanın bu gündəmi rədd etməsi - mədəni özünütəyin aktıdır və məhz buna görə ən sərt şəkildə cəzalandırılır.

    “Sülh layihəsi”nin geosiyasi tələsi

    Ən kinayəli detal isə Avropa İttifaqının özünü “tarixi sülh layihəsi” kimi təqdim etməsidir. Tbilisidəki Aİ səfirliyinin açıqlaması guya “tarixi təcrübəyə söykənir”. Amma əslində bu, klassik diskurs manipulyasiyasıdır. Düzdür, Aİ daxilində müharibə olmayıb. Amma Aİ və onun atlantik tərəfdaşı öz sərhədlərindən kənarda - Yuqoslaviya, İraq, Liviya, Suriya, Ukraynada - müharibələrin bilavasitə iştirakçısı və təşviqatçısı olub.

    “Daha təhlükəsiz gələcək” vədi - əslində coğrafi “siren mahnısıdır”: kim bu səsi dinləyirsə, qayalara çırpılır. Ukrayna buna ən bariz nümunədir. Ona da “Avropa seçimi”, “sülh dolu gələcək” vəd olunmuşdu. Nəticə? Sənayenin dağılması, minlərlə insan itkisi, torpaq itkiləri, dövlətçiliyin məhvi. İndi isə Fransa prezidenti Emmanuel Makron açıq deyir: Kiyev “ərazi itkiləri ilə barışmalıdır”. Yəni Aİ/NATO kursuna görə ödədiyi dəhşətli bədəl - indi də təslimiyyət tələb olunur.

    Brüssel üç il boyu Gürcüstanı “ikinci cəbhə” açmağa təhrik etdi, indi isə ona sülhdən danışır. Bu, sadəcə ikiüzlülük deyil. Bu, oyun nəzəriyyəsi ilə desək, sıfır cəmlik oyundur. Gürcüstan burada yalnız bir “fişka”dır - Rusiyanı zəiflətmək üçün qurbanlıq. Kaladzenin də dediyi kimi, Ukrayna nümunəsi göstərir: Gürcüstanın müharibəyə sürüklənməsi total fəlakət olardı. Bu, ölkənin əsas tranzit arteriyalarını - “Orta Dəhliz”i - dağıdardı. Halbuki bu dəhliz Gürcüstan iqtisadiyyatının qan dövranı, gələcək inkişafının təminatıdır.

    Suverenlik - varlıq mücadiləsi kimi seçim

    Bugünkü Gürcüstanla Qərbin “gizli dövləti” arasındakı qarşıdurma sadəcə qaydalar üstündə dartışma deyil. Bu, hüquq uğrunda savaşdır. Bir millətin öz taleyini, öz mədəni kimliyini, öz xarici siyasətini özgə diqtəsi ilə yox, milli maraqlar əsasında müəyyənləşdirmək haqqıdır.

    Hakim “Gürcü Arzusu” koalisiyasının xətti nə “prorusiya”, nə də “antiqərb” siyasətidir. Onun mahiyyəti tam başqa yerdədir - bu, praqmatizm və realizmdir. Başqa dövlətlərin macəralarında iştirakdan imtina, dövlətin varlığını təhdid edən ekzitensial risklərdən uzaq durmaq. Bu, güclü milli institutların qurulması, cəlbedici iqtisadiyyatın inkişafı, möhkəm hüquqi sistemin yaradılması deməkdir. Beynəlxalq reytinqlər də bunu təsdiqləyir.

    Ancaq nə qədər paradoksal səslənsə də, Gürcüstanın bu uğuru onun üzərinə daha çox təzyiq gətirir. Çünki bu uğur təhlükəli presedentdir. Avropa İttifaqının imperiya təsir dairəsinin kənarında dayanan ölkələr üçün Gürcüstan nümunəsi göstərir ki, inkişaf etmək olar - amma suverenliyi qurban vermədən. Bu isə Brüsselin hegemonluğunu silkələyən amildir.

    Seçim qarşısında Gürcüstan
    Gürcüstan indi tarixi yolayrıcındadır. Bir tərəfdə “Avropa sülhü” pərdəsi altında ideoloji və geosiyasi əsarət dayanır. Amma bu yol labüd şəkildə daxili sabitliyi dağıdır, ölkəni potensial müharibəyə sürükləyir. Digər tərəfdə isə çətin, amma suveren inkişaf yolu var. Burada əsas dəyərlər - xarici məmurların razılığı yox, öz vətəndaşlarının rifahı və təhlükəsizliyi, milli mədəniyyətin qorunması və tarixi seçim haqqıdır.

    Suverenliyi seçmək - həmişə məsuliyyəti və çətinliyi seçməkdir. Amma minillik tarixə malik bir millət üçün bundan başqa ləyaqətli yol yoxdur. Gürcüstan yalnız bu yolla həqiqətən müstəqil qala və öz gələcəyini özü yaza bilər.

    #Avropa #Avropa İttifaqı #Gürcüstan #NATO #sanksiya #sanksiyalar #Gürcüstanın suverenliyi #İdeoloji müstəmləkəçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İngiltərə arasında Eurofighter Typhoon döyüş təyyarələrinin tədarükünə dair razılaşma əldə edilib

    27 Oktyabr 2025 21:01

    Fransa Ukraynaya əlavə hərbi yardım göndərəcək - Makron

    24 Oktyabr 2025 21:06

    Almaniya Kansleri Fridrix Mers gələn həftə Türkiyəyə səfər edəcək

    24 Oktyabr 2025 14:33

    Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib

    24 Oktyabr 2025 11:45

    İran iqtisadi diplomatiya ilə sanksiyaların təsirini azaltmağı planlaşdırır

    23 Oktyabr 2025 16:48

    Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

    22 Oktyabr 2025 14:18

    Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarif tətbiq edəcəklər

    22 Oktyabr 2025 10:43

    Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur

    19 Oktyabr 2025 15:56

    Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin tədarükünü bərpa edib

    18 Oktyabr 2025 15:02

    İspaniya cəzalandırılmalıdır - Tramp

    17 Oktyabr 2025 22:36

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56

    Türkiyə Ordusu Qəzza üçün hazırdır - Yaşar Gülər

    16 Oktyabr 2025 11:07
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 28 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdə şəhərində törətdiyi terrorla bağlı paylaşım edib

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    Əl-Faşir - müharibənin yoxsa sülhün başlanğıcı?

    Bricit Makrona qarşı kiberzorakılıq ittihamı ilə 10 nəfər mühakimə olunur

    Bu gün Azadlıq heykəlinin açılışı oldu

    Ermənistanın törətdiyi Bərdə terrorundan 5 il ötür

    Balıkəsirdə 6,1 maqnitudalı zəlzələ İstanbulda da hiss olunub

    Tarixdə bu gün - 28 oktyabr

    Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.