Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İranlı diplomat Rusiyanı İsrailə dəstək verməkdə ittiham etdi - Rusiya NATO üzvü Türkiyəyə S-400 satdı, amma bizə vermədi

    25 Avqust 2025 18:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice - Təcrübəli iranlı diplomat, İslam Respublikasının tanınmış siyasi simalarından olan Məhəmməd Sədr Rusiyanı İsrailə dəstək verməkdə ittiham edib. O, iddia edir ki, Moskva İrana məxsus müdafiə məlumatlarını İsrailə ötürüb və sabiq prezident İbrahim Rəisinin helikopter qəzasının da İsrailin planlı əməliyyatı nəticəsində baş verib.

    “İsraillə İran İslam Respublikası arasında 12 gün davam edən müharibədə və ondan əvvəlki qarşıdurmalarda ruslar ölkənin müdafiə mərkəzlərinə aid məlumatları İsrailə ötürdülər.”-deyə o qeyd edib.

    Onun sözlərinə görə, həmin 12 günlük hava müharibəsi zamanı İsrail ABŞ-ın qısa müddətli iştirakı ilə İranın əsas nüvə obyektlərini bombalayıb, yüksək rütbəli hərbçiləri və nüvə alimlərini öldürüb. İsrail, həmçinin İranın hava hücumundan müdafiə sistemlərini demək olar ki, tamamilə sıradan çıxarıb və ballistik silah anbarlarına ciddi ziyan vurub.

    “Rusiya NATO üzvü olan Türkiyəyə S-400 hava müdafiə sistemi satmağa hazır idi, amma bizə vermədi. Halbuki bizimlə strateji müqaviləsi var. Uzun müddətdir Su-35 qırıcılarının alınmasından danışılır, amma bunları da bizə təhvil verməyib. Rusiyanın İsrailə xüsusi meyli var. Onlarla münasibətdə olaq, amma etimad etməyək.”-deyə Məhəmməd Sədr Rusiyaya etimadsızlığını vurğulayıb.

    Diplomat iddia edir ki, 2024-cü ilin mayında prezident İbrahim Rəisi ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbriz imam-cüməsi Ayətullah Əl-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhmeti, prezidentin mühafizə xidmətinin rəhbəri Seyid Mehdi Musəvi, SEPAH-ın “Ənsar əl-Mehdi” briqadasının əməkdaşı, eləcə də pilot və onun köməkçisi həlak olduğu helikopter qəzası İsrailin əli ilə törədilib.

    “Bu əməliyyatla İsrail açıq mesaj verdi: əgər İran davam etsə, biz də davam edəcəyik.”-deyə o qeyd edib.

    #Rusiya #NATO #SEPAH #SEPAH raket bölməsi #SEPAH casusları #Rusiya İran strateji sazişi #Rusiya və İran tərəfdaşlıq razılaşması #SEPAH və Xamenei əlaqəsi #SEPAH-ın Komandanlıq Şəbəkəsi #Sepah komandirinin ölümü #12 günlük müharibə #Məhəmməd Sədr #S-400 hava müdafiə sistemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    4 Noyabr 2025 19:18

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

    3 Noyabr 2025 09:23

    Türkiyədən Rusiyaya mebel ixracı azalıb (ÖZƏL)

    2 Noyabr 2025 18:00

    Rus xakerlər Ukraynanın sığorta şirkətlərini ələ keçirib

    1 Noyabr 2025 12:30

    Kərrubi İranı Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham etdi

    31 Oktyabr 2025 11:42

    Türk-Alman əməkdaşlığı Avropanın təhlükəsizliyi üçün vazkeçilməzdir - Ərdoğan

    30 Oktyabr 2025 17:42

    Beşiktaş Fənərbaxça qarşısında, məşqçilərin təcrübəsi və ilk derbi həyəcanı ön planda

    30 Oktyabr 2025 14:42

    ABŞ Türkiyənin Respublika gününü təbrik edib

    29 Oktyabr 2025 16:45

    Türkiyə və İngiltərə arasında Eurofighter Typhoon döyüş təyyarələrinin tədarükünə dair razılaşma əldə edilib

    27 Oktyabr 2025 21:01
    Demo
    XƏBƏR LENTİ

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    Bu gün Rusiyada bolşevik qiyamı oldu

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    Bu gün Linkoln prezident seçildi

    Tarixdə bu gün - 6 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

    Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.