Əsas səhifə » Qəzzadakı humanitar fəlakətə dərhal müdaxilə edilməlidir- BMT

Qəzzadakı humanitar fəlakətə dərhal müdaxilə edilməlidir- BMT

BAKI, AzerVoice

Humanitar işçilərin öz işlərini görməsinə imkan yaradılmalıdır.

Azervoice xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletcher Qəzzada humanitar işçilərin ərzaq və həyati ehtiyacları çatdırmasına imkan verilməsinə çağırıb.

Fletcher yazılı bəyanatında İsrailin Qəzzada humanitar yardımı əngəllədiyini və yardım gözləyən mülki vətəndaşlara atəş açdığını bildirib. Onun sözlərinə görə, ərzaq paylama mərkəzlərinə edilən hücumlar, həm yardım alanlara, həm də onu çatdırmağa çalışanlara qarşı yönəlib və bu kimi hərəkətlər beynəlxalq humanitar hüquqa ziddir.

“Humanitar işçilərin öz işlərini yerinə yetirməsinə icazə verilməlidir. BMT həyat qurtaran yardımları çatdırmağa tam hazırdır”, – deyə Fletcher bəyan edib.

O, təcili olaraq əsas ehtiyacların qarşılanmasının vacibliyini vurğulayaraq bildirib ki, əks halda bölgədə aclıq, xaos və daha çox insan itkisi qaçılmaz olacaq.

Fletcher həmçinin qeyd edib ki, son iki həftədə Qəzzadakı xəstəxanalarda 245 nəfər həyatını itirib, 2.000-dən çox insan isə yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice