Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Alimlər gözün tor qişasını bərpa edən dərman hazırlayıb

    27 Aprel 2025 17:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Alimlər görmə qabiliyyətini daimi bərpa edən dərman hazırlayıb .

    AzerVoice xəbər verir ki, Cənubi Koreyanın KAIST Universitetinin alimləri tor qişanın (retina) zədələnməsini müalicə edərək görmə qabiliyyətini daimi olaraq bərpa edən yeni dərman hazırlayıblar.

    Bu müalicə oftalmologiya sahəsində inqilabi addım kimi qiymətləndirilir.

    Araşdırma qrupu PROX1 adlı zülalın tor qişa bərpasını əngəllədiyini müəyyən edib. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal, zədələnmiş nahiyələrdə toplanaraq bərpa prosesini dayandırır. Alimlər balıqlarda bu zülalın olmamasını onların təbii bərpa qabiliyyəti ilə əlaqələndiriblər.

    Bu tapıntılara əsasən tədqiqatçılar PROX1-i zərərsizləşdirən CLZ001 adlı xüsusi antikor hazırlayıblar. Celliaz biotexnoloji şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan antikor siçanlarda retinal hüceyrələrin yenidən formalaşmasını və görmənin 6 ay müddətində qorunmasını təmin edib.

    Qeyd edək ki, hazırda bu müalicənin insanlara tətbiqi üçün hazırlıq mərhələsində olan tədqiqatçılar preklinik sınaqlara başlamağa yaxındırlar. Klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır. Yeni müalicə göz xəstəlikləri sahəsində ümidverici gələcək vəd edir.

    #Elmi araşdırma #Bunu bilirsinizmi? #Görmə qabiliyyətinin daimi bərpası #PROX1 zülalı #CLZ001 adlı antikor #Oftalmologiyada inqilabi müalicə #göz xəstəlikləri müalicəsi #görmə qabiliyyəti #biotexnologiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

    19 Oktyabr 2025 12:00
    XƏBƏR LENTİ

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.