Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    2025-ci ildə əmək bazarında “səssiz istefa” anlayışını yeni və daha dərin bir proses - “səssiz çatlama” (quiet cracking) əvəzləməyə başlayıb.

    AzerVoice xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, bu fenomen işçilərin tükənmişlik fonunda yaşadığı davamlı narazılıq, emosional uzaqlaşma və işə bağlılığın sistemli şəkildə zəifləməsi ilə xarakterizə olunur.

    CNBC-nin yayımladığı və bulud əsaslı təlim platforması TalentLMS tərəfindən hazırlanmış son hesabatda bu tendensiya əmək bazarı üçün ciddi xəbərdarlıq kimi təqdim olunub. Hesabata əsasən, “səssiz çatlama” ilkin mərhələdə açıq performans itkisi yaratmasa da, uzunmüddətli perspektivdə həm təşkilatların səmərəliliyini, həm də institusional dayanıqlığını zəiflədir.

    Mütəxəssislər bildirir ki, “səssiz istefa” işçilərin yalnız minimum vəzifə öhdəliklərini yerinə yetirməsi ilə məhdudlaşırsa, “səssiz çatlama” daha dərin psixoloji prosesdir. Bu halda əməkdaşlar iş yerinə aidiyyət hissini itirir, motivasiya azalır və işdən ayrılmaq istəyi güclənir.

    ABŞ-da müxtəlif sektorları əhatə edən sorğunun nəticələrinə görə, respondentlərin 54 faizi iş yerində “səssiz çatlama” yaşadığını, 47 faizi isə bu vəziyyəti vaxtaşırı hiss etdiyini bildirib.

    EY şirkətinin Amerika regionu üzrə Sağlamlıq və Rifah direktoru Frank Ciampietro qeyd edib ki, “səssiz çatlama” və “səssiz istefa” eyni problemin fərqli mərhələləridir. Onun sözlərinə görə, hər iki hal iş mühitində tükənmişliyə verilən reaksiyadır və vaxtında qarşısı alınmadıqda həm işçi dövriyyəsinin artmasına, həm də iqtisadi itkilərə səbəb olur.

    Gallupun məlumatına əsasən, işçi bağlılığının azalması ABŞ iqtisadiyyatına ildə təxminən 2 trilyon dollar həcmində zərər vurur.

    Analitiklər bildirir ki, əmək bazarındakı daralma “səssiz çatlama”nı daha da dərinləşdirir. 2021–2022-ci illərdə “böyük istefa dalğası” zamanı işçilər daha asan iş dəyişə bilirdisə, hazırda vakansiyaların azalması və maaş artımlarının zəifləməsi fonunda əməkdaşlar mövcud iş yerlərində qalmağa məcbur olur. Bu isə daxili narazılığın artmasına səbəb olur.

    Indeed platformasının baş iqtisadçısı Kori Stahle qeyd edib ki, hazırkı şəraitdə işçilər özlərini həm işdən emosional olaraq qopmuş, həm də alternativ imkanların məhdudluğu səbəbilə “sıxılmış” vəziyyətdə hiss edirlər.

    Ekspertlərin fikrincə, “səssiz çatlama”nın əsas səbəbləri arasında qeyri-müəyyən məqsədlər, həddindən artıq iş yükü, zəif idarəetmə və iş yerində sağlam ünsiyyətin olmaması dayanır. Problemin həlli üçün isə yalnız fərdi səviyyədə deyil, institusional yanaşma tələb olunur.

    Mütəxəssislər vurğulayır ki, güclü liderlik, açıq kommunikasiya və insan mərkəzli idarəetmə modelləri bu riskin qarşısının alınmasında həlledici rol oynaya bilər. Əks halda, “səssiz çatlama” zamanla təkcə işçilərin deyil, bütövlükdə təşkilatların fəaliyyətinə mənfi təsir göstərə bilər.

    #Bunu bilirsinizmi? #İşçi rifahı #səssiz çatlama #işçi tükənmişliyi #iş yerində stress #emosional bağlılıq itkisi #iqtisadi yavaşlama
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    Avropada tükənmişlik böhranı niyə dərinləşir?

    11 Dekabr 2025 10:28

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Ukraynanın təhlükəsizlik təminatları: mexanizmlər nələrdir və niyə yetərsiz qala bilər?

    Bosniya və Herseqovinanın XİN rəhbəri Türkiyəni qlobal siyasətdə supergüc adlandırıb

    Bu gün Leninqrad mühasirəsi sona çatıb

    Tarixdə bu gün - 27 yanvar

    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

    Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

    İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

    PKK və SDQ haqqında gizli faktlar: Uşaq istismarı, edamlar və pedofiliya sənədləri

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    İtaliya vitse-baş naziri Zelenskini sülh sazişinə çağırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.